Qadın və kişinin fərqli 30 xüsusiyyəti (16-20)

Qadın və kişinin fərqli 30 xüsusiyyəti (16-20)
Qadın və Din
10.09.2017 26
16. Münasibətdə qarşılıqlı tarazlıq
Bəzən fərqinə varmadan qadın ilə kişi münasibətində hansı cinsin idarə etməsi və ya hər hansı məişət və ya ailə daxilində kimin üstünlük təşkil etməsi çaşqınlıq yaradır. Belə bir deyim var: "Ağıllı, müdrik nənələr evdə oturaraq, daima dövləti idarə etmişlər”. Çünki onlar kişinin var-dövlətini idarə etmişlər, amma bu hərəkəti o qədər incəlik, yumşaqlıq və nəzakətlə həyata keçirmişlər ki, digər cins tərəfindən xoş qəbul olunmuşdur.



17. Nitq
İntellektin xarici ünsürlərindən biri nitq sayılır. İntellektin məhdudluğu, adətən, söz ehtiyatının azlığında, sözlərin səhv tələffüzündə və bayağı (çeynənmiş) ifadələrin istifadəsində bilinir.
İntellekti artırmaq üçün təhsil, mütaliə, ağıllı insanlarla ünsiyyət və öz üzərində işləmək kimi xüsusiyyətləri inkişaf etdirməkdən gözəl heç bir üslub yoxdur. Qadının insanın nitqinə diqqətlə və incəliklə fikir verməsi onu əks cinsdən fərqləndirən başlıca amildir. Qadın üçün bu kriteriylə həmin insanın özündən nə təsəvvür yaratdığı məlum olur.


[/b]
18. Savadlılıq
Orta hesabla qadınlar kişilərə nisbətən daha savadlı hesab olunur və onlardan (kişilərdən) daha çalışqan sayılırlar. Buna əsasən də daha savadlı insan psixoloji ünstünlüyə malik olur, ona görə savadsızlığı biruzə verməmək və aşkar etməmək təqdirəlayiqdir. Bu nəinki məktubda, eyni zamanda şifahi nitqdə də özünü göstərir



19. Özü-özünü qiymətləndirmə
Kişi özünə qiymət vermədə daha sakit və təmkinlidir, nəinki qadın. Bu xüsusiyyət uşaqlıqdan bəri hiss olunur.
Peterburqda bəzi mütəxəssislər yüzlərlə gündəlikləri, Minskdə – minlərlə özünü xarakterizə edən qız və oğlanları araşdırıb təhlil etmişlər. Oğlanların özlərini xarakterizə etmələri daha obyektiv və gündəlikləri də əsasən real hadisələrlə və həyatdakı fəaliyyətləri ilə bağlı olub. Lakin qızların gündəliklərində, əsasən qarşılıqlı münasibət ilə bağlı məsələ və hadisələrə yer verilib. Ümumiyyətlə, bu xüsusiyyət həm yeniyetmə, həm də yetkin dövrdə müşahidə olunur.



[b]20. İtaətkarlıq

Adətən qadın kişiyə hər işdə tabe olur. Bu halda kişi özünü daha güclü və möhkəm hiss edir. Bəzən belə bir anlayış da var ki, qadında itaətkarlıq xüsusiyyətini tərbiyə etmək hissi kişinin fitrətində qoyulub. Digər bir düşüncə isə belədir – "Səbir – qadının ən gözəl fitri xüsusiyyətlərindən biridir”.
Kişilərin ən çox bəyənmədiyi xüsusiyyətlərdən biri də qadının özünü ondan (kişidən) ağıllı hesab etməsidir. Lakin qadın (xanım olaraq) kişinin bu cəhətini çox rahat qəbul edir. Bu da bir daha onların fərqliliyini biruzə verir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!