Məsumların nurlu kəlamlarından 500 hədis (1-20)

Məsumların nurlu kəlamlarından 500 hədis (1-20)
Qadın və Din
10.09.2017 10
Hədis 1: Həzrət Məhəmməd (s) buyurur: "Bütün yaxşılıqlardan üstün bir yaxşılıq vardır. Lakin insan ALLAH yolunda öldürüldükdə, daha bundan da üstün bir yaxşılıq yoxdur.”



Hədis 2: Həzrət Məhəmməd (s) buyurur: "Heç bir damla ALLAH yolunda tökülən qan damlasından əziz deyil.”



Hədis 3: İmam Sadiq (ə) buyurur: "Hər kəs ALLAH yolunda öldürülsə, ALLAH-Təala ona heç bir günahını göstərməz.” (Bütün günahları bağışlanar).



Hədis 4: İmam Sadiq (ə) buyurur: "Ailə xərcinin qorxusundan evlənməyən kəs ALLAHa qarşı sui-zənn etmişdir.”



Hədis 5: İmam Sadiq (ə) buyurur: "Hər kəs mö`mini yoxsulluğuna görə alçaq saysa, ALLAH-Təala da qiyamət günü onu xalq qarşısında rüsvay edər.”



Hədis 6: İmam Sadiq (ə) buyurur: "Bütün peyğəmbərlər bizim (Biz Əhli-beytin) üstünlüyümüzü və haqqımızı tanıyaraq məb`us olmuşdur.”



Hədis 7: İmam Baqir (ə) buyurur: "Üç şey insanın belini qırır: 1. Öz əməlini böyük saymaq; 2. Öz günahını yaddan çıxarmaq; 3. Öz rəyindən xoşu gəlmək.”



Hədis 8: İmam Sadiq (ə) buyurur: "ALLAH-Təalaya hüsn-zənn budur ki, Ondan başqa heç kəsə ümidin olmasın və günahlarından başqa heç nədən qorxmayasan.”



Hədis 9: İmam Həsən (ə) buyurur: "Günahın cəzasını verməkdə tələsmə, üzr üçün bir yol qoy.”



Hədis 10: Həzrət Məhəmməd (s) buyurur: "Əməllərinizi Allah üçün xalisliklə yerinə yetirin. Həqiqətən, ALLAH yalnız Onun üçün xalisliklə yerinə yetirilmiş əməlləri qəbul edir.”



Hədis 11: Həzrət Məhəmməd (s) buyurur: "Öz ümmətim üçün hər şeydən çox danışıqda mahir olan münafiqlərdən qorxuram.”



Hədis 12: Həzrət Məhəmməd (s) buyurur: "ALLAH-Təala sevdiyi bəndəsini çətinliyə salar ki, onun ahuzarını eşitsin.”



Hədis 13: Həzrət Məhəmməd (s) buyurur: "Bir şəxsi işlətmək üçün əcir tutduqda, haqqını ona əvvəlcədən e`lan edin.”



Hədis 14: Həzrət Məhəmməd (s) buyurur: "Elm öyrənənin (din tələbəsinin) əcəli çatdıqda, şəhid kimi ölər.”



Hədis 15: Həzrət Məhəmməd (s) buyurur: "Əgər öz yaxşı işindən sevinib, pis işindən narahat olursansa, deməli mö`minsən.”



Hədis 16: Həzrət Məhəmməd (s) buyurur: "Qəzəbləndiyin zaman, sakit ol (dayan).”



Hədis 17: Həzrət Məhəmməd (s) buyurur: "Tanışlarınızdan biri öldüyü zaman onu rahat buraxın və haqqında pis danışmayın.”



Hədis 18: Həzrət Məhəmməd (s) buyurur: "Bir bəndə öldükdə camaat deyər: "Özündən sonra nə qoydu getdi?” Və mələklər deyər: "Özü ilə nə gətirdi?”



Hədis 19: Həzrət Məhəmməd (s) buyurur: "Ölənlərinizin yaxşılıqlarını yada salın və pisliklərinə göz yumun.”



Hədis 20: Həzrət Məhəmməd (s) buyurur: "İki saleh qohumundan həya etdiyin kimi ALLAHdan həya et.”скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!