Məsumların nurlu kəlamlarından 500 hədis (21-40)

Məsumların nurlu kəlamlarından 500 hədis (21-40)
Qadın və Din
10.09.2017 46
Hədis 21: Həzrət Məhəmməd (s) buyurur:"Xalqa möhtac olmayın və onlardan bir diş çöpü belə istəməyin.”



Hədis 22: Həzrət Məhəmməd (s) buyurur:"Xalqın ən şücaətlisi öz nəfsinə qalib gələnşəxsdir.”



Hədis 23: Həzrət Məhəmməd (s) buyurur:"Beşikdən qəbrədək elm axtarışında (öyrənməkdə) olun.”



Hədis 24: Həzrət Məhəmməd (s)buyurur:"Mö`minin çətinliyi hamıdan çoxdur, çünki o həm dünya,həm də axirət işləriilə məşğulolmalıdır.”



Hədis 25: Həzrət Məhəmməd (s) buyurur:"Azgünahetsən,ölüm sənəasan olar.”



Hədis 26: Həzrət Məhəmməd (s) buyurur:"Diş fırçalamaq barəsindəmənə o qədər göstəriş verdilər ki, onun vacib olacağından qorxdum.”



Hədis 27: Həzrət Məhəmməd (s) buyurur:"Dünyada hamıdan tox olan,qiyamətdə hamıdan ac olacaq.”



Hədis 28: Həzrət Məhəmməd (s) buyurur:"Sədəqə var-dövləti artırar.”



Hədis 29: Həzrət Məhəmməd (s) buyurur:"Allah-təala ata və anaya yaxşılıq edən insanın ömrünü uzadar.”



Hədis 30: Həzrət Məhəmməd (s) buyurur:"Allah-təala bütün danışanların dilinə nəzarətçidir. Bəndə Allahdan qorxmalı və nə danışdığına fikir verməlidir.”



Hədis 31: Həzrət Məhəmməd (s) buyurur:"Allah-təala duada israredənləri sevər.”



Hədis 32: Həzrət Məhəmməd (s) buyurur:"Allah-təala, bəndəsinin Ona tərəf uzadılmış əlini geri qaytarmaqdan və onu ümidsiz qoymaqdan həya edər.”



Hədis 33: Həzrət Məhəmməd (s) buyurur:"Allah-təala boş söz-söhbətləri sizə qadağan etdi.”



Hədis 34: Həzrət Məhəmməd (s) buyurur:"İsrafın bir növü də ürəyinistədiyi hər birşeyi yeməkdir.”



Hədis 35: Həzrət Məhəmməd (s) buyurur:"Hər kəs Allahdan bir şey istəməsə, Allah ona qəzəblənər.”



Hədis 36: Həzrət Məhəmməd (s) buyurur:"Öz sübhünüzü sədəqə verməklə başlayın,çünki bəla sədəqənin üstündən keçə bilmir.”



Hədis 37: Həzrət Məhəmməd (s) buyurur:"Sübh tezdən ruzi və hacət dalınca gedin,çünki tezdən durmaq bərəkət və qurtuluşa səbəbdir.”



Hədis 38: Həzrət Məhəmməd (s) buyurur:"Varlıların yediyi, fəqirlərin isəməhrum olduğu toyxörəyi necə də pisdir.”



Hədis 39: Həzrət Məhəmməd (s) buyurur:"Paxıl (xəsis) oşəxsdirki, adım çəkiləndə mənəsalavat göndərmir.”



Hədis 40: Həzrət Məhəmməd (s) buyurur:"Çox yemək qəlbdəqəsavət (daşürəklilik) yaradır.”скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!