Məsumların nurlu kəlamlarından 500 hədis (101-120)

Məsumların nurlu kəlamlarından 500 hədis (101-120)
Qadın və Din
10.09.2017 9
Hədis 101: Həzrət Əli (ə) buyurur: "Tövbə etmək qəlbləri paklayır, günahları yuyur.”



Hədis 102: Həzrət Əli (ə) buyurur: "Mö`min onunla insafsız rəftar edənlə insafla davranar.”



Hədis 103: Həzrət Əli (ə) buyurur: "Bilərəkdən günah edən şəxs bağışlanmağa layiq deyildir.”



Hədis 104: Həzrət Əli (ə) buyurur: "Zülm və fəsad yolundan çəkinib itaət yolunu tutun ki, axirətdə xoşbəxt olasınız.”



Hədis 105: Həzrət Əli (ə) buyurur: "Allahdan həya etmək bir çox günahları aradan aparır.”



Hədis 106: Həzrət Əli (ə) buyurur: "Elimsiz əməl etmək zəlalətdir (yoldan azmaqdır).”



Hədis 107: Həzrət Əli (ə) buyurur: "Bəndələrin dünyadakı əməlləri, axirətdə gözlərinin qabağında olacaqdır.”



Hədis 108: Həzrət Əli (ə) buyurur: "Təqvalıların nəfsi qane, şəhvətləri ölü, çöhrələri açıq, qəlbləri isə qəmgindir. ”



Hədis 109: Həzrət Əli (ə) buyurur: "Dünya bulud kölgəsi və şirin yuxu kimidir.”



Hədis 110: Həzrət Əli (ə) buyurur: "Ağıllı şəxs odur ki, öz nəfsi üzərində qələbə çalsın və axirətini dünyasına dəyişməsin.”



Hədis 111: Həzrət Əli (ə) buyurur: "Kimə bu dörd şey verilsə, ona dünya və axirət xeyri verilmişdir: danışıqda düzlük, əmanəti qaytarmaq, qarnı (haramlardan) gözləmək, xoş xasiyyət.”



Hədis 112: Həzrət Əli (ə) buyurur: "Qəzəbdən çəkinki, onun başlanğıcı dəlilik, sonu isə peşmançılıqdır.”



Hədis 113: Həzrət Əli (ə) buyurur: "Ağıllı şəxs odur ki, dilini saxlasın.”



Hədis 114: Həzrət Əli (ə) buyurur: "Yalan dünyada rüsvayçılıq, axirətdə isə əzabdır.”



Hədis 115: Həzrət Əli (ə) buyurur: "Allaha itaətə səbr etmək, Onun əzabına səbr etməkdən asandır.”



Hədis 116: Həzrət Əli (ə) buyurur: "Mö`min o adamdır ki, sevgisi Allaha görə, nifrəti Allaha görə, alış-verişidə Allaha görədir.”



Hədis 117: Həzrət Əli (ə) buyurur: "Alim cahili tanıyır, çünki özü də əvvəl cahil olmuşdur.”



Hədis 118: Həzrət Əli (ə) buyurur: "Nadan alimi tanımır, çünki özü əvvəl alim olmamışdır.”



Hədis 119: Həzrət Əli (ə) buyurur: "Yaxşı işlər istisna olmaqla, bütün işlərdə ifrat etmək pisdir.”



Hədis 120: Həzrət Əli (ə) buyurur: "İnsan üçün nadanlığın ziyanı, cüzamın onun bədəninə vurduğu ziyandan daha çoxdur.”скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!