Məsumların nurlu kəlamlarından 500 hədis (121-140)

Məsumların nurlu kəlamlarından 500 hədis (121-140)
Qadın və Din
10.09.2017 23
Hədis 121: Həzrət Əli (ə) buyurur: "O adam mənfəət tapar ki, dünyasını axirətinə sata və əvəzində axirəti ala.”



Hədis 122: Həzrət Əli (ə) buyurur: "Həqiqətən, riyakarlığın ən aşağı mərtəbəsi belə, Allaha qarşı şirkdir.”



Hədis 123: Həzrət Əli (ə) buyurur: "Heç kim öz Rəbbindən savayı başqasına ümidvar olmamalı və yalnız öz günahlarından qorxmalıdır.”



Hədis 124: Həzrət Əli (ə) buyurur: "Bir kəs ki, özünü töhmət hüzurunda qərar verir, ona bəd güman olanları qınamamalıdır.”



Hədis 125: İmam Sadiq (ə) buyurur: "İmanlı bir şəxs heç vaxt öz şəhvətinə məğlub olmaz və qarnı onun rüsvayçılığına səbəb olmaz.”



Hədis 126: Həzrət Əli (ə) buyurur: "Susub həqiqəti gizləmək də heç bir xeyir yoxdur (pisdir). Necə ki, nadanlıq üzündən danışmaq yaxşı deyildir.”



Hədis 127: Həzrət Əli (ə) buyurur: "Kişi öz dilinin altında gizlənmişdir.



Hədis 128: Həzrət Əli (ə) buyurur: "Fürsəti əldən vermək qəm-qüssədir.”



Hədis 129: Həzrət Əli (ə) buyurur: "Ağıl kamillik mərtəbəsinə çatanda, danışıq qısalar.”



Hədis 130: Həzrət Əli (ə) buyurur: "Atanın övlada ədəb və tərbiyədən daha üstün hədiyyəsi ola bilməz.”



Hədis 131: Həzrət Məhəmməd (s.a.a.) Əliyə (ə) buyuruğu: "Övladını pis tərbiyə edərək onların üzə qayıtmasına səbəb olan ata-anaya Allah lə`nət etsin.”



Hədis 132: İmam Əliyyən Nəqi (ə) buyurur: "Özünü bəyənmək insanı elm öyrənməkdən saxlayar.”



Hədis 133: Həzrət Əli (ə) buyurur: "Heç bir kəs əqlinin bir hissəsini vermədən zarafat etmədi.”



Hədis 134: Həzrət Əli (ə) buyurur: "Dini hökmləri bilmədən ticarətlə məşğul olan şəxs sələmə düçar olar.”



Hədis 135: Həzrət Əli (ə) buyurur: "Hər bir insanın rə`yinin dəyəri onun təcrübəsi qədərincədir.”



Hədis 136: Həzrət Əli (ə) buyurur: "Ləzzətlərin gedəcəyi və günahların qalacağı yadınızda olsun.”



Hədis 137: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Allahın razılığı ata-ananın razılığında, qəzəbi isə onların qəzəbindədir.”



Hədis 138: Həzrət Əli (ə) buyurur: "Günah etməmək tövbə etməkdən daha asandır.”



Hədis 139: Həzrət Əli (ə) buyurur: "Allaha itaətsizlik edənlərə itaət etmək rəva deyildir.”



Hədis 140: Həzrət Əli (ə) buyurur: "Yoxsulluq çox böyük ölümdür.”скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!