Məsumların nurlu kəlamlarından 500 hədis (141-160)

Məsumların nurlu kəlamlarından 500 hədis (141-160)
Qadın və Din
10.09.2017 38
Hədis 141: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Peyğəmbərlik məqamına daha yaxın olanlar alimlər və (haqq yolda) cihad edənlərdir.”



Hədis 142: Həzrət Əli (ə) buyurur: "Səni kədərləndirən pis bir işin səni məğrur edən xeyir işindən Allah yanında daha yaxşıdır.”



Hədis 143: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Bir qəbilənin ölümü alimin ölümündən daha asan və dözüləsidir.”



Hədis 144: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Hər hansı bir məclisdə oturub elmini artırmayan kəs, Allahdan uzaqlığını artırmışdır.”



Hədis 145: İmam Rza (ə) buyurur: "İbadət çoxlu oruc və namaz yox, yaradılış haqqında (Allahın yaratdıqlarında) düşünməkdir.”



Hədis 146: İmam Rza (ə) buyurur: "Sükut hikmət qapılarından olan bir qapıdır.”



Hədis 147: İmam Rza (ə) buyurur: "Qohumluq əlaqəsini bir içim su ilə də olsa, möhkəmləndir.



Hədis 148: İmam Rza (ə) buyurur: "Bir-birinizin görüşünə gedin ki, dostluğunuz möhkəmlənsin.”



Hədis 149: İmam Rza (ə) buyurur: "Peyğəmbər ailəsinə dostluq ümidi ilə saleh əməli və ibadətdə sə`y göstərmənizi tərk etməyin.”



Hədis 150: İmam Rza (ə) buyurur: "Günahları və mö`minə əziyyət verməyi tərk etməkdən daha faydalı təqva yoxdur.”



Hədis 151: İmam Sadiq (ə)buyurur: "Allah-Təala qafil qəlblə edilən duanı qəbul buyurmaz, ona görə də agah qəlblə dua et və duanın qəbul olacağına əmin ol."



Hədis 152: İmam Məhəmməd Təqi (ə) buyurur: "Şükrü yerinə yetirilməyən bir ne`mət bağışlanmayan günah kimidir.”



Hədis 153: İmam Məhəmməd Təqi (ə) buyurur: "Allahın tə`qib etdiyi bir kəs necə qaça bilər?!”



Hədis 154: İmam Məhəmməd Təqi (ə)buyurur: "Bir çox insanların nifrətini qazanmadan Allah məhəbbətini ələ gətirmək qeyri-mümkündür.”



Hədis 155: İmam Məhəmməd Təqi (ə) buyurur: "Allahdan qeyrisinə ümidvar olanı Allah elə onun ümidinə buraxar.”



Hədis 156: İmam Əliyyən Nəqi (ə) buyurur: "Öz dəyərini anlamayan adamın şərindən qorun.”



Hədis 157: İmam Əliyyən Nəqi (ə) buyurur: "Dünya bir bazardır. Bu bazarda kimi qazanır, kimi isə zərərə düşür.”



Hədis 158: İmam Əliyyən Nəqi (ə) buyurur: "Bəla səbirli şəxs üçün bir, səbirsiz şəxs üçün isə ikidir.”



Hədis 159: İmam Əliyyən Nəqi (ə) buyurur: "Allah-Təala, Onu qəzəbləndirəni xalqın qəzəbinə düçar edər.”



Hədis 160: İmam Həsən Əskəri (ə) buyurur: "Dostunu xəlvətdə nəsihət edən şəxs onu zinətləndirmişdir.”скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!