170 Sual-Cavab (1)

170 Sual-Cavab (1)
Qadın və Din
10.09.2017 16
Sual 1: Nə üçün zalım və günahkar insanlardan bir hissəsi nemətlər içində qərq olmuşdur?
Cavab: Yuxarıdakı sual çoxlarını düşündürür. Qurani-Kərimin ayələrinə əsasən,belələri islahedilməz olduqlarından,yaranış qanunları və iradə azadlığına əsasən öz başına buraxılmışlar.Allah tərəfindən verilmiş bu möhlət, əslində onları uçuruma aparır. 《 Ali-imran》surəsinin 178 ci ayəsində buyurulur: "Küfr edənlər, onlara verdiyimiz möhləti özləri üçün xeyirli bilməsinlər.Biz onlara möhlət vermişik ki, günahlarını dahada artırsınlar. Onlar üçün zəliledici bir əzab vardır"
Bəzi ayələrdən məlum olurki bəzən Allah zalım və günahkarlara  verdiyi nemətləri hədsiz dərəcədə artırır və onlar ləzzət içində xumarlandıqları zaman,qəfildən onları bütün nemətlərdən məhrum edir. Misilsiz firavanlıqdan sonra qəfil səfalət və zəlalət həmin insanlar üçün böyük əzaba çevrilir.《Ənam》 sufəsinin 44-cü ayəsində oxuyuruq:"Onlar edilmiş xəbərdarlıqları unutduqları bir an bütün nemət qapılarını onların üzünə açdıq ki, şadlansınlar.Sonra isə qəfildən bütün verdiklərimizi geri aldıq.Bununla da, onlar hədsiz narahatcılığa düçar oldular".
Təsəvvür edin ki, bir zalım , kövrək budaqları qıra-qıra üzüyuxarı ,dayanmadan ağaca dırmaşır.Yuxarı qalxdıqca , daha da şad olur. Anlamır ki , nə qədər yuxarıdan yıxılsa , bir o qədər çox əziləcəkdir. Qəfil tufan qopur və bir an əvvəl şadlıqdan oynayan sümüklər yerə qaxılıb xıncım-xıncım olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!