170 Sual-Cavab (2)

170 Sual-Cavab (2)
Qadın və Din
10.09.2017 9
Sual 2: Hal-hazırda behişt və cəhənnəm mövcuddurmu?
Cavab: Əksər islam alimlərinin fikrinə görə,hal-hazırda həm behişt, həm də cəhənnəm mövcuddur.Qurani-Kərimin müxtəlif ayələrində bu fikir yetərincə aydın təsdiqlənir.
《Tövbə》surəsinin 89-cu ayəsində buyurulur:"Allah onlar üçün əbədi qalacaqları,altından çaylar axan cənnətlər hazırlamışdır". Başqa bir surədə oxuyuruq:"And olsun ki, başqa bir dəfə (Məhəmməd əleyhissəlam Cəbrail mələyi)əbədi behiştdə yerləşdiyi Sidrətül-Müntəhanın yanında görmüşdür".Qeyd edək ki, bu ayələr Peyğəmbərin(s) merac səfərinə aiddir.
《Təkasur》surəsində isə belə buyrulur:"Əgər elmül-yəqinə malik olsaydınız, mütləq cəhənnəmi müşahidə edərdiniz".Behişt və cəhənnəmin hal-hazırda mövcudluğunu təsdiq edən mötəbər hədislər kifayət qədərdir.Bu hədislər arasında Merac hədisləri xüsusi yer tutur.Mövcudluğuna dəlillər gətirdiyimiz,bir zaman Adəmin olduğu behişt deyildir.Bu günki behişt və cəhənnəm, insanların xeyir və şər əməllərindən asılı olaraq genişlənməkdədir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!