170 Sual-Cavab (3)

170 Sual-Cavab (3)
Qadın və Din
10.09.2017 13
Sual3: Hansı şəxslərdən məsləhət almaq olar?
Cavab: Şübhəsi ki, hər adamla məsləhətləşmək insana xeyir gətirməz. Xaraktercə zəif və nöqsanlı məsləhətçinin göstərdiyi yol, insanı uçuruma apara bilər. Əli (ə) buyurur:"Üç qəbil insanla məsləhətləşmə:Paxıl, qorxaq və tamahkar insanlarla.Paxıl səni kasıbçılıqla qorxudub,başqalarına əl tutmaqdan çəkindirər. Qorxaq mühüm işlərin yerinə yetirilməsinə mane olar. Tamahkar isə, var-dövlət və vəzifə qazanmaq xatirinə,zülmə mərhəmət donu geyindirər".
İslam dinində məsləhət istəyən adama xəyanət edib səhv yol göstərmək , böyük günahlardan hesab olunur.Bilmədiyin bir işdə, hətta qeyri-müsəlmana məsləhət vermək böyük günahdır.
İmam Səccad(ə)buyurur:"Səndən məsləhət istəyənə bildiyin işlərdə məsləhət verməli, bilmədiyin məsələlərdə onu bilən şəxsin yanına göndərməlisən. Məsləhət aldığın adamı, könlünə yatmayan məsləhətinə görə, qınamamalısan.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!