170 Sual-Cavab (4)

170 Sual-Cavab (4)
Qadın və Din
10.09.2017 16
Sual4: Dəstamaz və ya qüsl əvızinə əlləri torpağa vurub alın və əllərin üstünə çəkməyin faydası nədir?
Cavab: Yəqin ki, söhbətin təyəmmümdən getdiyini anladınız.Təyəmmümün ilkin faydası odur ki, ibadət üçün dəstəmaz almağa və ya qüsl verməyə imkanı olmayan şəxs , ibadətini təxirə salmır . İnsanın alnı, onun ən şərafətli bədən nahiyələrindəndir. İnsan öz kiçikliyini etiraf edir. Demək , təyəmmüm özü bir ibadətdir. Artıq elmi dəlillərlə sübuta yetirilib ki, torpaq güclü parçalama xüsusiyyətinə malikdir. Məhz bu xüsusiyyətinə görə, insan və heyvan cəsədləri torpaqda dəfn olunur. Istənilən başqa mühitdə qorxulu keçici xəstəliklər törədə biləcək cəsədlər , qısa müddətdə torpağın təsiri ilə parçalanır və zərərsizləşdirilir. Buradan belə nəticə çıxır ki, torpaqda , su kimi özünəməxsus  təmizləyici keyfiyyətlərə malikdir. Tibbi nökteyi-nəzərdən təmiz və günəşli hava altında olan torpaq təyəmmüm  üçün dahada yararlıdır.《Maidə》 surəsinin  6-cı ayəsində buyurulur:"Su tapmasanız, pak torpaqla təyəmmüm edin , ondan üzünüzə və əllərinizə çəkin . Allah sizi çətinliyə salmaq istəməz .Lakin o sizi pak etmək , sizə olan nemətini tamamlamaq istəyir ki, bəlkə sükr edəsiniz"скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!