170 Sual-Cavab (6)

170 Sual-Cavab (6)
Qadın və Din
10.09.2017 31
Sual6: Allah öz bəndəsini daş ürəkli edərmi?
Cavab: Allah-təala Quranın bəzi ayələrində kimlərinsə qəlbini daşa döndərdiyini xəbər verir. Bir halda ki, bu iş Allah tədəfindən baş verir, insan nə üçün günahkar sayılmalıdır?
Diqqət etsək, görərik ki, ürəyin daşa dönməsi Allah tərəfindən bir cəzadır. Demək, insan Allahın qəzəbinə səbəb olacaq günahlara yol verir və daşürəkliliklə cəzalandırılır. Məsələn , 《Tövbə》 surəsinin 77-ci ayəsində belə buyurulur: " Allaha verdiklərj vədə xilaf çıxdıqlarına görə, Allah da onların ürəklərinə qovuşacaqları qiyamət gününə qədər nifaq saldı".
《 İbrahim》surəsinin 27 -ci ayəsində isə belə deyilir: " Allah  iman gətirənləri dünyada və axirətdə möhkəm bir sözlə  sabit qədəm edər. Allah zalımları yolundan azdırar".  Insanın öz əməlindən doğan bu pis nəticə , onun iradə azadlığına qətiyyən zidd deyildir. Məsələn , spirtli içki içən insan anlamalıdır ki, ağlı başından çıxacaq və üzünə cinayət qapıları açılacaq . Məsələn adam öldürəcək . Bu şəxs sərxoş olduğunu bəhanə gətirib, adam öldürmək fikrində olmadığını  iddia etsede məsuliyyətdən qaça bilməz.
 
Allah təalanın  bir insanı doğru yola yönəldib , o birini  zəlalətə salmasının əsl səbəbi , həmin insanların əvvəlki xeyir və ya şər əməllərində axtarılmalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!