170 Sual-Cavab (8)

170 Sual-Cavab (8)
Qadın və Din
10.09.2017 16
Sual8: Hidayət nədir?
Cavab: "Hidayət" doğru yola yönəltmə, doğru yol göstərmə mənasını verir."Ta-ha"surəsinin 50-ci ayəsində buyurulur: "Allahımız hər şeyi yaratdı, sonra isə onları hidayət etdi".
"Hidayət" kəlməsinə Quranın müxtəlif yerlərində tez-tez təsadüf olunur.Bu spz əsasən iki mənada işlənmişdir:
1.Təkvini hidayət.
Təkvini hidayət dedikdə , bütün varlıq aləminin tabe olduğu nizam nəzərdə tutulur.Allah-təala öz xilqətini, canlı və cansız aləmi yaranış qanunlarına uyğun olaraq hidayət  edir. Canlı aləmin təbii artımı, ulduz və planetlərin nizamlı hərəkəti , təkvini hidayətin nümunələrindəndir.
2.Təşri'i hidayət.
Təşri'i hidayət peğəmbərlər, asimani kitablar vasitəsi ilə həyata keçir. İnsanlar peyğəmbərlər və kitablardan təlim-tərbiyə almaqla, təkamül yolunda irəliləyirlər. "Ənbiya" surəsinin  73-cü ayəsində oxuyuruq: "Biz,onları əmrimizlə insanları doğru yola yönəldən imamlar etdik. Biz onlara xeyirli işlər görməyi, namaz qılıb oruc tutmağı vəhy etdik"
Ayə və hədislərdən belə məlum olur ki, təşri'i hidayət, başqa sözlə peyğəmbərlər və asimani kitablar yalnız imanlı insanlara təsirli ola bilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!