Gözləyirəm ki, O gəlsin...

Gözləyirəm ki, O gəlsin...
Qadın və Din
10.09.2017 23
 
Bir gün, iki Peyğəmbər nəvəsi, İmam Həsən (ə.s) ilə İmam Hüseyin (ə.s) arasında bir məsələdə anlaşılmazlıq çıxmışdı. İkisi də bir-birlərindən incidilər. Lakin, çox keçməmiş, bir hiddət anında bir-birlərinə dedikləri sözlərdən peşman oldular...O anlarda biri gəlib İmam Hüseyinə (ə.s):"Sən Həsənin (ə.s) kiçiyisən. Gedib üzr istəmək sənə yaraşar" dedi.Hz.Hüseyin (ə.s) belə cavab verdi:"Mən Peyğəmbərimizdən( s.ə.s) bir hədis eşitmişdim. Barışmağı mən tələb etsəm, babamın əmrinə qarşı gəlmiş olmaqdan qorxuram."Hz. Hüseyin (ə.s) eşitdiyi hədisi belə açıqladı:"İki nəfər arasında razılaşmazlıq çıxarsa, hansı tərəf başını əyib o biri tərəflə razılaşmağa talib olsa, cənnətə ondan əvvəl girər."Bu hədisi zikr etdikdən sonra, Hz. Hüseyin( ə.s):"Barışmağa mən talib olsam, böyük qardaşım Həsəni( ə.s) savab işləməkdə keçmiş olmaqdan çəkinərəm" dedi. "Ona görə, gözləyirəm ki, o mənə gəlsin...Hz. Həsən (ə.s), bunu eşidincə Hz. Hüseyinin (ə.s) yanına qaçdı və dərhal qucaqlaşıb barışdılar...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!