Islamda maraqli melumatlar

Islamda maraqli melumatlar
Qadın və Din
10.09.2017 85
İslamda maraqlı məlumatlar 1-Kişilər içərisində Həzrət Mühəmməd (s)-ə iman gətirən birinci şəxs imam Əli (ə)-dır.2-Qadınlar içərisində Həzrət Mühəmməd (s)-ə iman gətirən birinci şəxs həzrət Xədicə (ə. s)-dır.3-Həzrət Peyğəmbəri-Əkrəm (s) Əmirəl-möminin Əli (ə)-a buyurdu: «Allah hər şeydən əvvəl əqli yaratdı (və ona buyurdu: Hər şeyi sənin vasitənlə alacağam, sənin vasitənlə əta edəcəyəm və sənin vasitənlə savab və cəza verəcəyəm).»4-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: «Bu ümmətdən götürülən birinci şey həyadır.»5-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: «Din işlərində əldən gedən ilk şey əmanətdir.» 6-İnsanın yer üzündə mürtəkib olduğu ilk günah həsəddir. (Qabilin Habilə qarşı həsəd etməsi.)7-Hər (qəməri) ayın əvvəlində qusl vermək müstəhəbdir.8-Hər günün əvvəlində ruzi qazanmaq üçün getmək müstəhəbdir.9-Yemək yeyəndə birinci Allahın adını çəkmək lazımdır.10-Miqdad Peyğəmbər (s)-dən sonra "Əli (ə) şiəsi" adı ilə məşhur olan birinci şəxsdir.11-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "(Qiyamət günündə) əməl tərəzisində ölçüləcək birinci əməl yaxşı əxlaqdır."12-İslam yolunda şəhid olan birinci qadın Əmmarın anası Süməyyə idi.13-Küfrə səbəb olan birinci əməl namazı tərk etməkdir.14-Ağızdan çıxan birinci söz mütəal Allahın adı olmalıdır.15-Allah-taalanın bağışladığı birinci şəxs başqalarını bağışlayandır.16-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: «Sizi dəvət edən birinci (mömin) şəxsin dəvətini qəbul edin.»17-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: «Behiştə daxil olan ilk şəxslər şəhidlər olacaqlar.»18-Təqvanın birinci yeri ariflərin qəlbidir.19-İmam Sadiq (ə) buyurmuşdur: «Salamı birinci verən şəxs Allahın və Onun Rəsulunun yanında ən əziz şəxsdir.»20-Hər ayın birinci günü bacardığınız qədər sədəqə verin.21-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: «Behiştə daxil olan birinci şəxs Əlidir.»22-Kəbənin üstündə azan deyən birinci şəxs Əli (ə) olmuşdur.23-Allahın evi Kəbədə dünyaya gələn birinci şəxs Əli (ə)-dır.24-İbadət mehrabında şəhid olan birinci şəxs Əli (ə)-dır.25-Peyğəmbər (s)-lə namaz qılan (İslamda camaat namazı qılan) birinci şəxs Əli (ə) olmuşdur.26-İlin birinci günündə (Novruz bayramında) oruc tutmaq müstəhəbdir.27-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: «Allahın yeganəliyinə, mənim peyğəmbərliyimə və Əlinin imamətinə şəhadət verən birinci daş qırmızı əqiq idi.»28-İmam Sadiq (ə) buyurmuşdur: «Günahların əvvəli altı şeydən ibarətdir: 1-Dünya malına məftun olmaq. 2-Vəzifəpərəstlik. 3-Yeməyi sevmək. 4-Qadınları sevmək. 5-Rahatlığı sevmək (tənbəllik). 6-Yatmağı sevmək.»29-Həzrət Peyğəmbəri-Əkrəm (s)-ə nazil olan birinci surə "Ələq" surəsi idi.30-Həzrət Peyğəmbəri-Əkrəm (s) ümməti üçün gətirdiyi birinci vacibi əməl namaz idi.31-Müsəlman şəxs öləndən sonra ondan soruşulan birinci əməl namazdır.32-İşlərin ən yaxşısı namazı əvvəl vaxtında qılmaqdır.33-Birinci məqtul (öldürülən şəxs) həzrət Adəm (ə)-ın oğlu Habildir.34-Allahın torpaqdan yaratdığı birinci peyğəmbər (və yaxud birinci insan) həzrət Adəm (ə)-dır.35-İnsanın həyatına səbəb olan birinci şey sudur.36-İslamda birinci tabut həzrət Fatimeyi-Zəhra (ə) üçün düzəldi.37-Həzrət Peyğəmbər (s)-in birinci müharibəsi «Bədr» müharibəsi idi.38-Həzrət Məhdi (ə) zühur edəndə, o həzrətə beyət edən birinci şəxs həzrət Cəbraildir.39-Həzrət Nuh (ə)-a iman gətirən birinci qadın zövcəsi Amurə idi.40-Məkkədən Mədinəyə ayaq yalın hicrət edən birinci qadın imam Əli (ə)-ın anası Fatimə binti Əsəd olmuşdur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!