Ey xeyir istəyən, çalış! Ey şər istəyən, dayan!

Ey xeyir istəyən, çalış! Ey şər istəyən, dayan!
Qadın və Din
10.09.2017 18
Allah Elçisi - sallallahu aleyhi və səlləm - demişdir: "Ramazan ayının ilk gecəsi girdikdə şeytanlar və üsyankar cinlər zəncirlənir, Cəhən­nə­min bütün qapıları bağlanaraq heç bir qapısı açılmır. Cənnətin bütün qapıları açılalaraq heç bir qapısı bağlanmır. Bir carçı belə səslənir: "Ey xeyir istəyən, çalış! Ey şər istəyən, dayan! Allahın oddan azad etdiyi kimsələr vardır və bu, hər gecə belədir”. (ət-Tirmizi, 682). 
Digər rəvayətdə isə belə deyilir: "Uca Allahın Ramazan ayının hər günü və gecəsi (Cəhənnəmdən) azad etdiyi qulları vardır. Hər bir müsəlmanın da Ramazan ayının günü və gecəsində qəbul olunan duası vardır”.
Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: "Cənnətdə Rəyyan adlı bir qapı var, Qiyamət günü bu qapıdan oruc tutanlar daxil olacaqlar, onlardan başqa heç kəs bu qapıdan keçə bilməyəcək, o gün: "Oruc tutanlar haradadır?”– de­yi­­ləcək və oruc tutanlar ayağa qalxacaqlar, onlardan başqa heç kəs bu qapı­dan ke­çə bilməyəcək, onlar içəri daxil olduqdan sonra qapılar bağlanacaq və bun­dan sonra heç kəs o qapıdan Cənnətə daxil ola bilməyəcək.” (əl-Buxari, 1896).скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!