Məsumların nurlu kəlamlarından 500 hədis (181-200)

Məsumların nurlu kəlamlarından 500 hədis (181-200)
Qadın və Din
10.09.2017 16
Hədis 181: Həzrət Əli (ə) buyurur: "Dil yarası (tə`nəvurmaq)nizə yarasından daha yandırıcıdır.”
Hədis 182: Həzrət Əli (ə) buyurur: "Başqalarının ölümünü gördüyü halda öz ölümünü unudan kəsə təəccüb edirəm.”
Hədis 183: Həzrət Əli (ə) buyurur: "Hər gün canının və ömrünün əskildiyini görə-görə ölüm üçün bir iş görməyən kəsə təəccüb edirəm .”
Hədis 184: Həzrət Əli (ə) buyurur: "Təəccüb edirəm o kəsə ki, ölüm yatağından qorxur, lakin günahdan uzaqlaşmır.”
Hədis 185: Həzrət Əli (ə) buyurur: "Dünyada gedəcəyini bildiyi halda axirəti üçün azuqə hazırlamayan kəsə təəccüb edirəm.”
Hədis 186: Həzrət Əli (ə) buyurur: "O kəsə təəccüb edirəm ki, danışdığı sözlərin nə dünyada ona bir xeyri var, nə də axirəti üçün savab yazılır.”
Hədis 187: Həzrət Əli (ə) buyurur: "O kəsə təəccüb edirəm ki, özündən yuxarıdakının mərhəmətinə ümidvar olduğu halda, ondan asılı olanları ümidsiz qaytarır.”
Hədis 188: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Xalq bir şəxsin dilindən qorxarsa, o şəxs cəhənnəm əhlidir.”
Hədis 189: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Fürsətləri əldən vermək qəm-qüssə gətirər.”
Hədis 190: İmam Kazım (ə) buyurur: "Mö`min tərəzinin iki gözü kimidir −imanı artdıqca, bəlası da artar.”
Hədis 191: İmam Kazım (ə) buyurur: "Öz (din) qardaşını aldadan şəxs məl`undur.”
Hədis 192: İmam Kazım (ə) buyurur: "Öz (din) qardaşına nəsihət verməyən (onun yaxşılığını istəməyən) şəxs məl`undur.”
Hədis 193: İmam Kazım (ə) buyurur: "Öz (din) qardaşının qeybətini edən şəxs məl`undur.”
Hədis 194: İmam Kazım (ə) buyurur: "Allahdan qorx, haqqı söylə − sənin məhvin ondaolsa da belə.”
Hədis 195: İmam Kazım (ə) buyurur: "Allahın göndərdiyi bütün peyğəmbərlər səxavətli olmuşlar.”
Hədis 196: İmam Kazım (ə) buyurur: "Uzun yaşayacağınızı özünüzə təlqin etməyin. Çünki bu adamı həris edər (tamahlandırar).”
Hədis 197: İmam Kazım (ə) buyurur: "Nəfsinlə cihad et ki, onu faydasız həvəslərdən qoruyasan.”
Hədis 198: Həzrət Əli (ə) buyurur: "Xalqla xoş keçinmək ağıl nişanəsidir.”
Hədis 199: Həzrət Əli (ə) buyurur: "Ağılın ən yüksək dərəcəsi cəhli (bilməməzliyi) e`tiraf etməkdir.”
Hədis 200: Həzrət Əli (ə) buyurur: "Aqilin ehtiyacsızlığı onun elminə görədir.”скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!