Sənə gəldim, Ya Rəbb!

Sənə gəldim, Ya Rəbb!
Qadın və Din
10.09.2017 22
Ya Rəbb! Qapına gəldim, ölümlə gəldim… Əli boş, ürəyi qara, üzü qara gəldim.
Dünya ovutdu məni, əyləndirdi. Müxtəlif zinətiylə özünə çəkdi. Mən də aldandım ona, unutdum Səni, unutdum özümü, unutdum öləcəyəmi… Amma bax indi ölüm gəldi, tapdı məni…
Kimsə etmədi mənə özümün etdiyini. Mən kimsəni deyil, ancaq özümü aldatdım. Şeytana aldandım, nəfsimə aldandım. "Əbədi yaşayacaqsan!.." deyə özümü inandırdım. Sabaha dair nə planlar etdim, nə xülyalar qurdum. Ancaq bir axşam günəş qırmızı ətəklərini hələ çəkməmişdi ki, döyüldü qapım.
Halbuki, hələ edəcək nə çox işim vardı, dadacaq nə qədər ləzzət, gəzəcək nə çox yer... Yığacaq nə qədər gözəllik vardı. Əlimdə nələr vardı, nələr… Amma heç biri çatmazdı. Gözüm həmişə başqalarınınkına baxırdı. Lakin gözüm indi öz etdiklərinə sabitləndi.
Məgər nə qədər az yaxşılıq etmişəm, nə qədər də az başqalarını düşünmüşəm. Həyatımı nə qədər də qəflətlə keçirmişəm. Gəncliyimi, gümrahlığımı, gücümü, qüvvətimi, ağlımı, zəkamı nə qədər boş yerə hədər etmişəm. Artıq bunları düşünməyimin bir faydası yoxdur. Keçən keçir, gedən dönmür.
Peşman olmaq istərdim, amma artıq onun da bir xeyri yoxdu Ölüm gəldi, həyat bitdi. Son pərdə endi və gerçək həyat başladı. Mənim yazdığım, arzusunu etdiyim, səhnəyə qoyduğum və indi izləyəcəyəm həyat!.. "Kaş ki"-si olmayan, gizlisi olmayan, dönüşü olmayan, qaralaması olmayan həyat!..
Qapına gəldim, ölümlə gəldim… Öldüm və gəldim. Əli boş, ürəyi qara, üzü qara gəldim. Əfvinə gəldim, lütfünə gəldim, Sənə gəldim, Ya Rəbbim!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!