Allahım niyə mən?

Allahım niyə mən?
Qadın və Din
10.09.2017 34
Bu sualı özümə həyatım boyunca dəfələrlə soruşduğumu xatırlayıram. Əminəm sizlər də bu sualı özünüzə tez-tez soruşmusunuzdur. Əslinə baxsanız sualın özündə bir şey yoxdur. Hər nə qədər başlığa baxınca bu sualın altında bir üsyan duyğusu hakim kimi görünsə də vəziyyət tam tərsi də ola bilər. Qısacası bu sualı insanlar özlərinə iki fərqli vəziyyətdə verə bilərlər:
1) Bəzi insanlar başlarına bir yaxşılıq gəldiyində bunun nəticəsi olaraq "Allahım Niyə mən?" sualına müraciət edə bilərlər ki, düşünürəm ki, bu ikinci qrupda sayacağım insanların sayına nisbətən daha azdır. Bu ilk qrupdakı insanlar həm başlarına gələn yaxşı şeydən nəsiblənirlər, həm də bunun üçün şükr etmələri lazım olduğunu bu sual vasitəsilə xatırlaya bilirlər.
Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin (təmiz və) halalından yeyin! Əgər Allaha ibadət edirsinizsə, (bu nemətlərə görə) Ona şükür edin! (Bəqərə surəsi, 172)
2) İkinci bir qrupda saya biləcəyim insanlar isə bu sualı başlarına hər pislik gəldiyində soruşmaqdan qaçınmayanlardır. Bunların hamısı üçün isə vəziyyətin, yəni sualın onları aparacağı istiqamətin tamamilə pis olduğunu söyləmək haqsızlıq olar. Məsələn, başına bir bəla gələn insan bu sualı özünə yönəldib həyatını sorğulamağa və bəlkə də keçmişdə etdiklərindən ötrü başına bu tip bir pisliyin gəldiyi qənaətinə gəlib, həyatında yaxşıya doğru yeniliklər edə bilər ki, bu da yaxşı bir əməldir. Üstəlik keçmişdə edilənlərdən ötrü o pisliyə məruz qalmaq da şərt deyil. Allah bunu bir ayədə açıq-aşkar ortaya qoyur. Bəla, çətinlik hər kəsin başına gələ bilər:
(Ey möminlər!) Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş behiştə daxil olacağınızımı güman edirsiniz? Onları (şiddətli) fəlakət vəsıxıntı elə bürümüş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və iman gətirənlər birlikdə: "Allahın köməyi nə vaxt gələcək?”- demişdilər. Bilin ki, Allahın köməyi (sizə) yaxındır! (Bəqərə surəsi, 214)
Ayədə deyildiyi kimi başlarına hər pislik gələnin sonu pis olmaya bilər. Kənardan bu ikinci qrupda olan insanlar üçün ən pisi bu sualın içində bir üsyan duyğusu yerləşdirərək soruşmaq olacaq hər halda.
Siz ikiqat müsibət gətirmiş olduğunuz halda, başınıza bir müsibət gəldiyi zaman: "Bu, haradan gəldi?”– söylədiniz. De ki: "Bu, sizin özünüzdəndir!” Həqiqətən, Allah hər şeyə qadirdir. (Ali-İmran surəsi, 165)
Görünən odur ki, həyatımız boyunca ağzımızdan dəfələrlə tökülən və tökülməyə də davam edəcəyi şübhəsiz olan bu sual bir iti bıçaq kimi. İnsanı həm doğru yola yönəldə bilər, həm də tam tərsini edib üsyan duyğusu halına gətirib çıxara bilər. Əhəmiyyətli olan bu sualı hansı baxımdan özünüzə soruşmaq istədiyinizdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!