İki qibləli məscid haqqında

İki qibləli məscid haqqında
Qadın və Din
10.09.2017 34
Məscidül-qibləteyn, yəni iki qibləli məscid Mədinə şəhərindəki Məscidün-nəbəvidən 5 km. məsafədə yerləşir. Peyğəmbər zamanında burada Bəni-Sələmə qəbiləsi məskunlaşdığı üçün onların tikdiyi məscidə də Bəni-Sələmə məscidi deyirdilər.
İslamın ilk dövrlərində müsəlmanlar namaz qılarkən üzlərini Qüdsə sarı çevirirdilər; Qüdsdəki Beytül-Müqəddəs məscidi müsəlmanların ilk qibləsi idi. Hicrətdən 18 ay keçəndən sonra Peyğəmbərə vəhy gəldi: "İndi üzünü Məscidül-hərama tərəf çevir. (Ey müsəlmanlar!) Harada olsanız, üzünüzü (namaz vaxtı) oraya döndərin” (Bəqərə, 144).
Həzrət Mühəmməd Peyğəmbərə (s) bu ayə nazil olanda o həzrət Bəni-Sələmə məscidində camaatla günorta namazının ikinci rükətini bitirmək üzrə idi. Ayə nazil olan kimi o həzrət üzünü Məkkəyə sarı çevirib namazın ardını həmin istiqamətə qıldı. O biri müsəlmanlar da Ona iqtida edib, yeni qibləyə sarı döndülər. Bundan sonra Bəni-Sələmə məscidini "ikiqibləli məscid” adlandırmağa başladılar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!