Cammat namazı haqqında

Cammat namazı haqqında
Qadın və Din
10.09.2017 40
Camaat namazına başçılıq edən imamın ədalətli olmasının meyarı nədir?
Camaat namazına başçılıq edən şəxs üçün iki əsas şərt qeyd edilir: namazın qiraətini düzgün oxumaq və ədalətli olmaq. Bu şərtlərə cavab verməyən şəxsin arxasında namaz qılmaq olmaz. Ədalət deyərkən əsasən, insana vacib olan əməlləri etmək, haram olan əməllərdən uzaq durmaq nəzərdə tutulur. Bəzi alimlər ədalətli olmağı böyük günahlara bulaşmamaq və kiçik günahlarda israr (təkrar) etməmək kimi izah etmişlər. İmam-camaatı şəxsən tanımayan adam üçün onu ədalətli saymağın zahiri meyarı, onun yaxşı insan kimi tanınmasıdır. Əgər qohum-qonşuları, tanışları İmam-camaatı müsbət bir insan kimi tanıyırlarsa, bu, onun ədalətli sayılması üçün kifayət edər. Bu barədə həddən artıq vasvasılıq etməyə dəyməz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!