Şükür haqqında

Şükür haqqında
Qadın və Din
10.09.2017 82
Allahın verdiyi nemətlərə görə şükür etmək hər bir bəndənin borcudur.
İnsan ona nemətlər bəxş edən Allaha minnətdar olduğunu qəlbən etiraf
etməli, dili ilə Ona şükür etməli və yalnız  Ona ibadət etməlidir. Uca
Allah buyurur: "Siz Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür
edin, Məni inkar etməyin!” (əl-Bəqərə, 152).
Qiyamət günü nemətlər barəsində soruşulacaq
Peyğəmbər
- sallallahu aleyhi və səlləm - demişdir: "Uca Allah Qiyamət günü
buyuracaq: "Ey Adəm oğlu! Mən səni at və dəvə üstündə gəzdirdim, səni
qadınlarla evləndirdim, səni qənimətlər­dən pay alan və itaət olunan
başçı təyin etdim, bəs bunların şükrü hanı?”
Ən gözəl nemətlər hansıdır?
Allah
Elçisi de­miş­­dir: "Şükür edən qəlb, zikr edən dil, əməlisaleh zövcə
dünya və dini iş­lər­də sənə kifayət edər və bu, insanların
yığdıqlarından daha xeyirli­dir”.
Allaha layiq olan şükür nədir?
Abdullah
ibn Səlamın rəvayətinə görə Musa peyğəmbər demişdir: "Ey Rəbb! Sənə
layiq olan şükür nədir?” Allah buyurdu: "Ey Musa, dilin Məni zikr
etməkdən qurumasın!”
Allahın nemətini etiraf etmək şükür etməkdir
Peyğəmbər
buyurdu: "Kimə bir nemət verilər və o, bu neməti dilə gətirərsə, şükür
etmiş olar, onu dilə gətirməzsə, nankorluq etmiş olar”. (Əbu Davud,
4814).Allah Elçisi demişdir: "Allahın neməti barəsində danışmaq şükür,
danışmamaq isə nan­kor­luqdur. Aza şükür etməyən çoxa da şükür etməz.
İnsanlara şükür etməyən, Allaha da şükür etməz. Müsəlman camaatı
bərəkət, ayrılıq isə əzabdır”.
Möminin işi qəribədir!
Allah
Elçisi demişdir: "Möminin işi qəribədir! Həqiqətən, onun bütün işləri
xeyirdir. Bu, mömin­dən başqa bir kəsə məxsus deyildir. Ona sevindirici
bir şey gəldikdə, şükür edər və bu onun üçün xeyir olar. Ona xoşagəlməz
bir şey gəldikdə isə səbir edər və bu onun üçün xeyir olar”. (Muslim,
2999)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!