Səndən sadəcə səni istəyirəm ALLAHım...

Səndən sadəcə səni istəyirəm ALLAHım...
Qadın və Din
10.09.2017 285
ALLAHım! Bizə nəyi, harada və necə danışacağımızı öyrət..
ALLAHım! Göz açıb yumana qədər də olsa, bizi razı olmayacağın şeylərlə baş-başa buraxma..
ALLAHım! Səndən sadəcə səni istəyirəm. Mənim ehtiyacımı da Sən bilirsən.
ALLAHım! Səni dərk etmək üçün mərifətimi və eşqimi artır. 
ALLAHım! Tanınan bir insan olmağı deyil, tanımasalar da, Səni gözəl tanıyan dərk edən bir insan olmağı arzu edirəm. 
ALLAHım! Məni öz istəklərim deyil, Öz muradın istiqamətində yönəlt.
Özünü ən yaxşı kimə bildirmisən, tanıtmısansa, Səni o qədər bilmək, dərk etmək istəyirəm, ALLAHım!
ALLAHım! Mənə verəcəyin nemətlər məni yoldan azdıracaq və ya
istiqamətimi dəyişdirəcəksə, onları istəmirəm. Nə olar məni
bacarmayacağım imtahanla sınağa çəkmə. 
ALLAHım! Sənin xeyir və gözəl işlərə ehtiyacın yoxdur. Amma mənim Sənin ilahi lütfünə ehtiyacım çoxdur Ya Rəbbim...
ALLAHim sənə əllərimi açdım,ürəyimi açdım.Sənin varlığına şükr üdirəm.
Sənə yalvariram Rəbbim, məni, bütün sevdiklərimi qoru, günahlarimizi
bağışla. Bizleri emeli saleh bendelerinden et,duzgun yolu goster.
Darda qoyma,mərhəməti sonsuz olan ALLAHim, merhemetini bizlerden esirgeme.
Dünyamızı xəta bəlalardan hifs eyle.
AMİN!!
"Ey Rəbbimiz! Bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi cəhənnəm əzabından qoru!"
"Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılanlardan et. Ey Rəbbim, duamı qəbul buyur!"
"Ey Rəbbim! Bilmədiyim bir şeyi Səndən istəməkdən Sənə sığınıram. Əgər
məni bağışlamasan, rəhm etməsən, ziyana uğrayanlardan olaram"скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!