Quran-i Kərim öyrənək (1-ci dərs)

Quran-i Kərim öyrənək (1-ci dərs)
Qadın və Din
10.09.2017 59
Әrəb dilinin əlifbası və Qur`ani-kərimin öyrənilməsi
Mə`lum olduğu kimi, hər bir dili öyrənmək üçün ilk növbədə həmin dilin əlifba və hərfləri ilə tanış olmaq lazımdır. Müqəddəs kitabımız olan Qur`ani-kərim də ərəb dilində nazil olduğu üçün, onun orjinal oxunuşunu öyrənməkdən ötrü həmin dilin əlifbası ilə tanış olmalıyıq.
Səslərin birləşərək hərflər əmələ gətirməsi və hərflərin də öz növbəsində birləşərək sözlər əmələ gətirməsi bütün dillərə xarakterik olan bir xüsusiyyətdir. Amma bundan əlavə, hər bir hərfin özünəməxsus yazılış, ad və tələffüzü də vardır ki, o dili öyrənmək istəyənlər onlara da diqqət yetirməlidirlər.
Әrəb və Azərbaycan əlifbaları arasında olan müxtəlifliyi göstərmək üçün bu dillərin fonetika qaydaları arasında olan bir neçə fərqi nəzərinizə çatdırırıq.
Qeyd etdik ki, hər bir hərf müəyyən səslərdən əmələ gəlir. Әrəb və Azərbaycan dilində mövcud olan səslərin də bə`zisi müştərək və bə`zisi müxtəlifdir.
Müştərək səslər:
1. Sait hərfləri təşkil edən «a», «u», «ə», «i» səsləri;
2. Samit hərfləri təşkil edən «y», «k», «n», «q», «ş», «h», «z», «x», «c», «f», «v», «r», «l», «d», «s», «m», «t», «ğ», «b» səsləri.
Azərbaycan dilinə aid olan «müxtəlif səslər»:
1. Sait hərfləri təşkil edən «ü», «e», «ı», «o», «ö» səsləri;
2. Samit hərfləri təşkil edən «p», «j», «g», «ç» səsləri.
Әrəb dilinə aid olan «müxtəlif səslər»:
«ع» "əyn”, «ء» "həmzə”.
«ع» "əyn” samit hərf olub, Әrəb dilinə məxsus bir səsdir.
«ء» "həmzə” hərfi qəbul etdiyi əlamətə uyğun olaraq müxtəlif sait («u», «ə», «i») səsləri və (sükun halında) Әrəb dilinə məxsus bir səs əmələ gətirir.
Әrəb əlifbasında Azərbaycan əlifbasından fərqli olaraq, sait səslər müstəqil hərf şəklində deyil, "hərəkə” adlanan xüsusi əlamətlərlə göstərilir.
Bundan əlavə, Azərbaycan dilində bə`zi hərflər vardır ki, Әrəb dilində onların hər birinin qarşısında müxtəlif tələffüzlü bir neçə hərf dayanır:
«t»→«ت», «ط»
«s» → «ث» «س , «ص»
«h» → «ح», «ه»
«z» → «ذ», «ز», «ض», «ظ»
Nəticədə Qur`an əlifbası 28 hərfdən ibarət olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!