Quran-i Kərim öyrənək (4-cü dərs)

Quran-i Kərim öyrənək (4-cü dərs)
Qadın və Din
10.09.2017 25
"Cim" hərfi
Bu hərf "C" səsini verir yəni Azərbaycan dilindəki "c" səsiylə eynidir. Özndən sonrakı hərfə birləşir . "Başda" gələn şəklini yazmaq üçün "sərbəst" şəklinin "quyruq" hissəsini ixtisara salmaqla yazmaq olar. Nöqtə isə elə sərbəstdə olduğu kimi eyni yerində qalır. Yəni hərfin üst və alt qisminin birləşdiri yerin altına , sətrdən aşağı qoyulur. Hərfin üst qismini iki şəkildə yazmaq olar Birinci düz xətt şəklində İkincidə isə gördüyünüz kimi bir az maili xətt şəklində yazmaq olar. "Ortada" gələn formasınıda "başda" gələn formasının əvvəlinə özündən əvvəlki hərfə birləşməsi üçün birləşdirici xətt artırmaqla yazılır. artırılan xətt üst və alt qismin birləşdiyi hissənin altından ikinci şəkl birləşmə isə birləşdirici xətti üst hissəyə birləşdirməklə olar. "Sonda" gələn formada göründüyü kimi "sərbəst" formanın əvvəlinə birləşdirici xətt artırmaqla düzəlir.
"Hə" hərf

Bu hərf eyniylə göründüyü kimi "cim" hərfi kimi yazılır. Yeganə fərqi isə nöqtəsinin olmamasıdır. Tələffüzdə isə boğazdan çıxan "H" səsini verir.İlk başlarda bu tələffüzü çıxarmaq çətin ola bilər çünkü Azərbaycan dilindəki "h" səsindən fərqlidir. Tələffüzü edərkən sanki boğazınızda bir şey qalmışdır və siz onu nəfəsinizi sıxaraq "h" deyərək çıxarmaq istəyirsiz.Bir daha deyirəm bu hərfin çıxiş yeri boğazdır. Onuda qeyd edim ki , bu hərf "yarım qalın" hərfdir. Məlumat üçün qeyd edim ki , ərəbcə hərflər qalın , yarım qalın və incə hərflər qrupuna ayrılır. Qalın hərflərdən sonra "fətha" "a" səsi kimi tələffüz edilib "kəsra" isə "ı" kimi tələffüz edilir. Yarımqalın hərflərdə isə yalnız "Fətha" "a" səsini verir. Bu hərfimizdə yarımqalın olduğuna görə bu hərfin hərəkəsi "fətha" olduqda "a" kimi tələffüz edilir. Ümumiyyətlə yeri gəldikcə bu barədə məlumat veriləcək. Müstəqil bir dərs kimidə keçmək olar.
"Xə" hərfi
Bu hərfdə eyniylə "cim" və "ha" hərfləri kimi yazılır. Onlardan yeganə fərqi üzərinə nöqtə qoyulmasıdır. Tələffüzü isə Azərbaycan dilindəki "x" səsidir.Xatırladım ki , digər ərəb hərfləri kimi bunuda sağdan başlayaraq yazmaq lazımdır. Qələmi götürmədən üst hissəni yazıb aşağı hissəyə və quyruq hissəyə keçilməlidir. Bir qayda olaraq hərflər yazıldıqdan sonra nöqtələr qoyulur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!