Musiqi haramdır ya yox?

Musiqi haramdır ya yox?
Qadın və Din
10.09.2017 41
İslam Dini, Peyğəmbər Əfəndimizin (s.ə.s.) Sünnəsinə uyğun əylənməyi və çalğını haram etməmişdir. Çünki insanın bəzən bu kimi şeylərə də ehtiyacı vardır. Dini musiqi ruhun qidasıdır. İlahilər bu cümlədəndir. Xalq arasında «Musiqi ruhun qidasıdır» sözü qanuni ölçülər içində düşünülsə, bir baxıma doğrudur.



Ancaq hansı ölçülərdəki musiqi və çalğı alətləri mübahdır? Bunun üçün qoyulan ümumi qaidə nələrdir? İslamın bu xüsusdakı qoymuş olduğu ümumi mənada ölçüləri belə sıralaya bilərik.



- Şəhvəti təhrik edici, əxlaq pozucu hər cür saz və çalğı,



- Qadın - kişi qarışıq bir şəkildə toplanıb hər hansı bir çalğı çalmaq,



- Qadınları səhnəyə çıxarıb mahnı - türkü dedirtmək, dansözlük etdirmək,



-Cəmiyyət quruluşunda iş, ibadət və düşünmə ruhunu öldürən, insanı havayı şeylərə itələyib zamanı boşa keçirən hər cür əyləncə və çalğı haramdır.



Bunun xaricində mübah olan musiqi və çalğılar :



- İstirahət etdirən musiqi; ruha qida verən dini musiqi,



- Allahı, axirəti və məsuliyyəti xatırladan və ya vətən və millət eşqini oyandıran, qəhrəmanlıq ruhunu aşılayan hər cür mahnı, türkü və çalğı.



- Əxlaqi qaydalara bağlı qalınaraq qadınların öz aralarında əylənib çalğı çalmaları, mahnı və türkü söyləmələri,



- Eyni ölçülər içində kişilərin öz aralarında bu kimi əyləncələri -ibadət və işi maneə törətmədiyi müddətcə- mübahdır.



Bunun üçün ümumi mənada bu hökmü qoymuşlar :



Deyilən mahnı - türkü və şeirlər əxlaq pozucu, ilahi sərhədləri aşılayan və şəhvəti qeyri qanuni yola itələyici olmadığı təqdirdə məkruh deyil. İçki, qadın və bənzəri şeyləri tərifləyər mahiyyətdə isə, məkruhdur. (əl-Mühit - Radiyüddin Serahsi)

Və dostlar,bəzilərimiz namaz qılmayandı.Qulaqlarına taxırlar qulaqcığı full səsdə azan verilən vaxtı mahnıya qulaq asırlar,bu günahdı.Azan səsi ən gözəl səsdi.Azan verilən vaxtı mahnının,televizorun,raidounun səsini alın və bu gözəl sədanı dinləyin.Heç olmaya halınıza şükür edin və ya çarəsizlərə çarə diləyin Allahdan..bu da məndən sizə bir tövsiyə.Ümid edirəm hamı nəticə çıxarar.:) .скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!