Təəccüb edirəm

Təəccüb edirəm
Qadın və Din
10.09.2017 10
Öləcəyini yəqin bildiyi halda fərəhlənən şəxslərə təəccüb edirəm.



Təcccüb edirəm:

- Hesaba çəkiləcəyini bildiyi halda var-dövlət yığanlara.

- Qəbrə girəcəyini bildiyi halda gülənlərə.

- Axirəti yəqin bildiyi halda istirahət edənlərə.

- Dünyanın yox olacağını bildiyi halda ona güvənən və qəlbi onunla rahatlıq tapanlara.

- Dili alim, qəlbi cahil olanlara

- Su ilə təmizlənib, mənən saflaşmayanlara.

- Başqalarının qüsur və eyibləri ilə məşğul olub, öz nöqsanlarını görməyənlərə.

- Allah-Təalanın etdiklərinin hamısını bildiyi halda Ona üsyan edənlərə.

- Qənaət edən zəngin olar.

- Qısqanclığı tərk edən rahatlıq tapar.

- Haram əməlləri tərk edənin dini, az danışanın ağlı kamil olar.

- Az ruziyə qane olanlar Allaha daha çox güvənərlər.

- Ömrünü dünya malına həsr edən insan görəsən Cənnəti nəyin qarşılığında istəyir?!

- Axirətin üçün elə çalış ki, sanki sabah öləcəksən.

- Dünya malından yalnız sənə lazım olan qədərini götür, çünki sən bu dünyanın əbədi sakini deyilsən.

- Hər gün ömür təqvimindən bir vərəq düşür, amma sən buna fikir vermirsən. Hər gün ruzi verilir, amma sən Allaha şükür etmirsən. Nə aza qənaət edir, nə də çoxa qane olursan.

- Tövbə etmək istədiyin vaxt, qətiyyən onu başqa vaxta təxirə salma.

- Əməlsiz axirəti istəyib, gözəl əməlləri dərk edənlərdən olma.

- Allaha gözəl qulluq edənlərin sözləri dilindən düşmür, amma riyakarların etdiklərini təkrar edirsən.

- Verilən nemətlərə qənaət, başına gələn bəlalara səbr etmirsən.

- Xeyirli işləri başqalarına əmr etdiyin halda, özün nəlayiq işlərdən çəkinmirsən.

- Saleh adamları sevsən də, onlar kimi davranmırsan.

- Etmədiyin işləri deyir, Allahın əmr etdiklərini isə yerinə yetirmirsən.

- Haqqını başqalarından alırsan, başqalarinin haqqını isə tam qaytarmırsan. Allah yolunda savaşan insan ancaq özü üçün savaşmış olur. Sözsüz ki, Allah kimsənin ibadətinə möhtac deyildir! Hər kəs və hər şey Ona möhtacdır. Nə iş görsən onun qarşılığını alarsan. Nə əkərsən onu biçərsən.

Ey dünya və dünya malına ibadət edənlər! Sizin halınız üstü mərmərlə bəzədilmiş, içi isə əzabla dolu olan soyuq qəbirlərə bənzəyir. İnsanlara şirin dil və gözəl sözlər söyləyir, onlara çox gözəl davranırsınız, ancaq içinizdə onlara qarşı ağlagəlməz hiylələr qurursunuz. Qaranlıq otaq bayırda yandırılan çıraqla işıqlanmadığı kimi, pis işlər görüb, aldadıcı və gözəl sözlər söyləməyin də faydası olmaz. Əməl və ibadətlərinizi Allaha xatir edin, əvəzini ancaq Allahdan diləyin. Çünki Allah istənilən şeyin ən yaxşısını və üstününü verəndir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!