Düşüncə sahibi olub-olmamaq qəzəblənən vaxt bilinər

Düşüncə sahibi olub-olmamaq qəzəblənən vaxt bilinər
Qadın və Din
10.09.2017 10
1- İmam Həsən (ə) buyurur:

"Günahın cəzasını verməkdə tələsmə, üzr üçün bir yol qoy.” 



2- İmam Həsən Əskəri (ə) buyurur:

"Mömini zillətə salan bir şeyə onun meyl göstərməsi necə də pisdir.” 



3- İmam Həsən (ə) buyurur:

"Siz qısa müddət ərzində və saylı günlərdə yaşayırsınız, ölüm isə qəfildən gəlir 



4- İmam Həsən (ə) buyurur:

"Düşüncə sahibi olub-olmamaq qəzəblənən vaxt bilinər.” 



5- İmam Həsən (ə) buyurur:

"Zarafat insanın zəhmini azaldar və az danışan şəxs öz zəhmini artırar.” 



6- İmam Həsən (ə) buyurur:

"Düşünün, çünki düşüncə bəsirətli qəlb üçün həyat səbəbidir.”



7- İmam Həsən (ə) buyurur:

"Oğlum, bir şəxsi yaxşı tanımamış, onunla dostluq etmə.”



8- İmam Həsən (ə) buyurur:

"Kərəm odur ki, sənə ağız açılmamış əta edəsən.” 



9- İmam Həsən (ə) buyurur:

"Gözlərin ən üstünü xeyir işlərdə çalışan gözlərdir.” 



10- İmam Həsən (ə) buyurur:

"Özündən razı olmaq sizin nəsihət qəbul etməyinizə mane olur.” 



11- İmam Hüseyn (ə) buyurur:

"Fisq-fücur əhli ilə (günahkarlarla) yoldaşlıq etmək insana qarşı sui-zənn yaradır.” 



12- İmam Hüseyn (ə) buyurur:

"Bə’zi insanlar dünyanın bəndəsidirlər və dindarlıqları yalnız dildədir. 

Maddi həyatlarına uyğun gələnədək dinlə yoldaşlıq edirlər.

İmtahana çəkildikdə isə dindarlar az olur.” 



13- İmam Hüseyn (ə) buyurur:

"Mən ölümü eynilə xoşbəxtlik, zalımlarla yaşamağı isə ağrılı bir əzab sanıram.” 



14- İmam Hüseyn (ə) buyurur:

"Xalqın ən səxavətlisi o kəsdir ki, heç bir hədiyyə ummadığı şəxslərə (bir şey) əta etsinlər.” 



15- İmam Hüseyn (ə) buyurur:

"Üzr istəməli olacağın işdən uzaq ol.

Çünki mömin nə pis iş görər, nə də üzr istəyər.” 



16- İmam Hüseyn (ə) buyurur:

"Başqalarının günahından qorxan, 

lakin öz günahının cəzasını yaddan çıxaranlardan olma.” 



17- İmam Hüseyn (ə) buyurur:

"Salam verməyin yetmiş savabı var.

Onun altmış doqquzu salam verənin, biri isə salamı alanındır.” 



18- İmam Hüseyn (ə) buyurur:

"Möminin haqqını yerinə yetirmək, Allaha edilən ibadətlərin ən üstünüdür.” 



19- İmam Hüseyn (ə) buyurur:

Hər kəs Allaha layiqi olduğu kimi bədnəlik etsə, 

Allah-taala onun layiq olmadığı və arzuladıqlarından daha çox ona əta edər. 



20- İmam Hüseyn (ə) buyurur:

Allahın qorxusundan ağlamaq, Cəhənnəm əzabından qurtilmağa səbəb olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!