Dırnaq saxlamaq olarmı?

Dırnaq saxlamaq olarmı?
Qadın və Din
10.09.2017 10
Dırnaq Saxlamaq Olarmı?

Sualnıza cavab olaraq bildiririk ki, əgər dırnaqda qüsl və dəstəmazı
batil edəcək bir maneə olmazsa (lak və ya dırnaq çox uzun olduğu üçün
dırnağın altına su çatmaması kimi), dırnaqın ibadətə zərəri yoxdur. Amma
bu işin faydalı olub-olmaması barədə bir-neçə hədisi sizin diqqətinizə
çatdırırıq:



1. Həzrət Peyğəmbər (s)
buyurub: "Ey kişilər! Qısaldın dırnaqlarınızı. Ey qadınlar!
Dırnaqlarınızı uzun saxlayın ki, bu sizin üçün gözəllikdir”. (Əl-Kafi,
Kuleyni, 6/490, babu qəssil əzfar, hədis:15; Ən-Nəvadir, Ravəndi,
səh.23).



2. İmam Əli (ə) buyurub:
"Allah-Taala İbrahim peyğəmbərə ilham etdi ki, pak (təmiz) ol. O həzrət
(ə) də bığlarını və dırnaqlarını qısaltdı ...” (Ən-Nəvadir, Ravəndi,
səh.23).



3. Həzrət Peyğəmbər (s)
buyurub: "Hər kəs cümə günü dırnaqlarını qısaltsa, barmaqlarının başı
çat-çat olmaz və Allah-Taala onun barmaqlarından hər bir xəstəliyi
götürər və xəstəliyinə şəfa verər”. (Mən la yəhzuruhul fəqih, Səduq,
1/127; Ən-Nəvadir, Ravəndi, səh.23).



4. Həzrət Peyğəmbər (s)
buyurub: "Dırnaqları qısaltmaq xəstəlikləri yox edir və ruzini
çoxaldır”. (Əl-Kafi, Kuleyni, 6/490, babu qəssil əzfar, hədis:1).



5.
İmam Cəfər Sadiq (ə) buyurub: "Dırnaqları qısaltmaq
sünnətdəndir... və bu iş unutqanlığın qarşısını alır”. (Əl-Kafi,
Kuleyni, 6/490, babu qəssil əzfar, hədis:5-6).



6. İmam Cəfər Sadiq (ə)
buyurub: "Hər kəs hər cümə günü qırnaqlarını və bığını qısaldarkən
aşağıdakı duanı zikr edərsə Allah-Taala ondan düşən hər dırnaq və tük
parçasına bir qul azad etməyin savabın yazar və belə insan heç vaxt
xəstələnməz, məgər ölüm xəstəliyi ilə ki, o xəstəliklə dünyadan gedər”.
(Əl-Kafi, Kuleyni, 6/490, babu qəssil əzfar, hədis:9).



7. İmam Cəfər Sadiq (ə)
buyurub: "Hər cümə günü bığı və dırnaqları qısaltmaq, başı yumaq fəqri
uzaqlaşdırır və ruzi çoxaldır” (Əl-Kafi, Kuleyni, 6/490, babu qəssil
əzfar, hədis:10).



8. İmam Musa Kazimdən (ə)
rəvayət olunan bir hədisdə dırnaq tutmaqın gözə xeyirli olduğu
bildirilir. (Əl-Kafi, Kuleyni, 6/490, babu qəssil əzfar, hədis:13-14).скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!