Lazım olmayanı danışma

Lazım olmayanı danışma
Qadın və Din
10.09.2017 38
"Sənə aid olmayan” – dedikdə, bu elə bir şeydir ki, sussan, əvəzində bir
günah yazılmaz və sənə bir zərər toxunmaz.. Məsələn, bir qrup camaatla
birgə oturub söhbət edərkən, etdiyin səyahət haqqında danışmağın..

Oradakı ağaclar, dağlar vəya kiminləsə görüşməyin haqqında danışmağın belə buna adi ola bilər..



Əgər danışdığın əhvalatda qiybət, riya və məzəmmət olmasa belə, bu –
vaxtının boş yerə sərf edilməsindən başqa bir şey deyil.. Hətta, bu
azmış kimi, qarşındakı insanın da, vaxtını zay edirsən..



Həmçinin, bir qardaşına: "Sən oruclusan?” – deyə verdiyin sual da, buna
aid ola bilər.. Beləki, əgər qarşındakı insan: "Bəli, orucluyam” – desə,
onun bu əməli gizli əməllər siyahısından çıxar.. Şübhəsiz ki, gizli
şəkildə edilmiş xeyirli bir əməl, aşkar bir şəkildə edilmiş əməldən daha
xeyirli, daha fəzilətlidir.. Əgər həmin şəxs: "Xeyr, oruclu deyiləm” –
deyərsə, yalan danışmış olar.. Əgər cavab verməsə, sənə hörmətsizlik
etmiş olar.. Beləliklə, sən onu ya riyaya, ya yalana, yada məşəqqətə
sürükləyirsən..



Həmçinin, qarşı tərəfdən sənə aid olmayan bir soruşmağın.. Qarşındakı insan sənin sualına cavab verməyə həya edir..



Bura həmçinin, sənin bir qardaşını görərkən ondan: "Haradan gəlirsən?” –
deyə verdiyin sual da, aid ola bilər.. Beləki, ola bilsin qarşı tərəfə,
sənin bu sualına cavab verməyə mane olan bir səbəb olsun.. Əziz
qardaşım, sən belə etməklə qardaşının yalan danışmağına səbəb ola
bilərsən..



Ey müsəlman qardaşım, sənə aid olmayan şeyi danışma və bil ki, bu, nəfsə çox ağır gəlir..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!