Dua möminin silahıdır (1. hissə)

Dua möminin silahıdır (1. hissə)
Qadın və Din
10.09.2017 23
Ya Rəbbi, xəstələrimizə şəfa, dərdlilərimizə dərman ver, riyadan, nifaqdan, bədbəxtçilikdən, hər cür xəstəlikdən, qəzadan, bəladan, tənbəllikdən, acizlikindən, zəlil olmaqdan, zülm görməkdən, azdıran zənginlik və azdıran kasıblıqdan, şeytan və nəfsin şərindən, düşmən qələbəsindən, pis davranışlardan, bidət və zəlalətə düşməkdən, ixlassız əməldən, hər növ günahdan, küfrə girməkdən, rəzil ömürdən, ölərkən gələcək fitnələrdən, dinimizə, dünyamıza zərər verəcək şeylərdən bizləri qoru!



Həqiqi iman, gözəl bir əxlaq, şükr edən bir ürək, zikr edən bir dil, qəza və qədərə razılıq göstərən xeyirli bir ömür, az yemək, az yatmaq, az danışmaq, az gülmək və çox xidmət etməyi, qəbir əzabından və axirət dəhşətindən xilas olmağı, ömür boyu razılığına uyğun yaşamağı, şəhid olaraq ölməyi və son nəfəsdə əhli sünnə etiqadına uyğun bir iman və tövbə etməyi nəsib elə.



Ya Rəbbi, öz sevgini, sevdiklərinin sevgisini, sevginə qovuşduracaq əməllərin sevgisini bizlərə nəsib elə, elmimizi, ixlasımızı, qabiliyyətimizi və bacarığımızı artır, bizləri şeytanın azdıra bilmədiyi: -ancaq ixlaslı qulların istisnadır- dediyi o qullardan olmağı nəsib et, bizləri comərd və səxavətli qullarından elə.

Ana, atamıza, övladlarımıza, qohum və əqrabamıza, bütün din qardaşlarımıza xeyirli ömür, gözəl və sağlam yaşam, hidayət və bu yolda davamiyyət nəsib et .



Ya Rəbbi! Bütün səhv və qüsurlardan bizləri salamat elə, içimizdən axirətə köçənlərin günahlarını bağışla, yerlərini cənnət elə. Peyğəmbərimizin (sallahu aleyhi və səlləm) şəfaətinə nail elə. Bu duanı bu anda oxuyan və dinləyən əziz din qardaşlarımızın ölənlərinə rəhmət, geridə qalanlarına səhhət və afiyət lütf elə.



Ya Rəbbi! Uca dinimizə və əziz vətənimizə göz dikən daxili və xarici düşmənlərimizə fürsət vermə, onları islah et. İslah olacaq halları yoxsa onlara qahharlığını, qüdrətini göstər onları öz qəhrinlə və pərişan elə.



Ya Rəbbi! Ümməti-Muhammədin xəstə qullarına şəfalar, dərdli qullarına dəvaların, borclu qullarına xeyirli ədaları ehsan et.



Ya Rəbbi! O biri aləmdə "fəriqun fil cənnəti va fəriqun fis səir" Cənnət və cəhənnəm firqələri ayrılacağı zaman bizləri cənnət firqəsinə daxil et.



Ya Rəbbi! Qiyamət gününə qədər baqi qalacağını vəd etdiyin Din-i İslamı ölkəmizdə rahat yaşayıb yaşatmağı bizlərə asanlaşdır. Namazı niyazı buraxan, narkomanlıq, içki və qumar vasitəsi ilə evinin yolunu unudan, müxtəlif günahlara düçar olan millətimizin övladlarınada hidayət nəsib et, uşaqlarımızı ədəbli, əxlaqlı, fəzilətli, anasına, atasına, müəlliminə hörmət edən, Allahına, Peyğəmbərinə hörmət və təzim edənlərdən et.



Ya Rəbbi! Bizləri dininə, inanclarına, vətəninə, millətinə, könüldən bağlı olanlardan et.



Ya Rəbbi! Namaz və niyazımızı, səbr, ixlas, təvəkkül qorxu və ümidlərimizi, təfəkkür və tədəbbürlərimizi, səmimiyyət və sədaqətlərimizi davam etdirmək, sənə davamiyyətli ibadət etmək üçün bizə güc və qüvvət nəsib et, bizləri bu ibadət və itaətlər üzərində sabit et.



Ya Rəbbi! Hər cür təhlükələrdən, yanğından, daşqından, fəlakətlərdən, müsibətlərdən, xəstəliklərdən, haramlardan, əxlaqsızlıqlardan, yalandan, qeybətdən, riyadan, həsəddən və qürurdan, zərər və ziyanlardan bizləri hifz və himayə et.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!