“Salam”ın savabları

“Salam”ın savabları
Qadın və Din
10.09.2017 25
Salam!Bu sözü hər gün dəfələrlə işlədirik.Ancaq bunun əhəmiyyətini bəlkə də əksəriyyətimiz heç bilmirik.Bilmirik ki,Allah-təala Qurani-Kərimdə buyurur: ”Sizə salam verildikdə onu gözəl şəkildə alın və ya qaytarın! Şübhəsiz, Allah hər şeyi hesaba alandır”(Nisa 86)



Ancaq istisnalar var ki, bəzi insanlara salam vermək nəinki savab olmadığı, hətta bəyənilmədiyi bildirilir.Bu,həmin insanlara qarşı bir növ baykot kimi qəbul edilir.İmam Mühəmməd Baqir (ə) bütpərəstə,faizlə pul verən adama,əyyaşlıq edən şərabxora,iffətli qadınlar haqqında əxlaqsız şeirlər yazıb onlara iftira atan şairlərə,qeyrətsiz adama,açıq-aşkar günah edən fasiqlərə salam verməyi məsləhət görmürdü.Ətrafdakıların ona salam vermədiklərini,yəni onu saymadıqlarını görən adam yəqin ki,bundan bir nəticə çıxarar və cəmiyyət içində öz nüfuzunu bərpa etməyə çalışar.



Lakin Rəbbimiz buyurub ki,hətta insan öz evinə girərkən evdə adam olmadığı halda belə salam verməsi müstəhəbdir.Qurani-Kərimin Nur surəsinin 61-ci ayəsində buyurulur:"Evlərə daxil olduğunuz zaman özünüzü Allah dərgahından bərəkət və xoşluq diləyən bir salamla salamlayın”.Müqəddəslərimiz tövsiyə ediblər ki,boş evə girən adam bu sözləri desin:"Əssəlamü əleyna min indi Rəbbina”(Rəbbimizdən bizə salam olsun).Bu salamdan mələklərə də pay çatar və onlar ev əhlinə salamatlıq,bərəkət gətirərlər.



"Salam” o qədər dəyərli kəlmədir ki,Allah öz sadiq bəndələrini də Axirətdə ”Salam”la qarşılayacaq:”İman gətirib yaxşı işlər görənlər isə(ağacları)altından çaylar axan cənnətlərə daxil ediləcəklər...Onların orada bir-birinə(yaxud Allahın,mələklərin onlara)günaydınlıq verməsi”Salam!”(demək)olacaqdır!”(surə 14,ayə23)



Lakin,təəssüf ki,dövrümüzdə insanlar salamı adi bir sözə çeviriblər.Hətta bəyənmədikləri insanların salamını almırlar.Gənc nəsil sosial şəbəkələrdə,mesajlarda salam sözünü "slm” kimi qeyd edirlər.Halbuki SALAM Allahın(c.c) 99 adından biridir.



Nəzərinizə çatdıraq ki,salamın 70 savabı var.Bu savablardan 1-i verənə,69 isə alana aiddir.

 

"Salam” o qədər dəyərli kəlmədir ki, Allah öz sadiq bəndələrini də Axirətdə ”Salam”la qarşılayacaq..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!