Allahın mərhəməti

Allahın mərhəməti
Qadın və Din
10.09.2017 35
Peyğəmbər demişdir: "Allah mərhəməti yüz hissədən ibarət etdi. Doxsan doqquzunu Özündə saxlayıb təkcə bir hissəsini yer üzünə endirdi. Məhz bunun sayəsində yaradılanlar bir-birinə rəhm edir. Hətta, at öz balasını tapdalamasın deyə ayaqlarını yuxarı qaldırır.” (əl-Buxari, 6000). Həmçinin, Peyğəmbər demişdir: "Yerdəkilərə rəhm edin ki, səmada olan da sizə rəhm etsin!"

Ömər ibn Xəttab rəvayət edir ki, (bir dəfə döyüşdə götürülmüş) əsirləri Peyğəmbərin yanına gətirdilər. Əsirlər arasında olan bir qadın döşündən süd sağıb körpələrə içirdirdi. Əsirlər arasında körpə uşaq tapan kimi onu qucağına alıb əmizdirirdi.” Onda Peyğəmbər bizdən soruşdu: "Sizcə bu qadın körpəsini oda atarmı?” Biz dedik: "Əgər bu ixtiyar onun əlində olsa, xeyr, atmaz.” Peyğəmbər dedi: "Allahın Öz qullarına olan mərhəməti bu qadının körpəsinə olan mərhəmətindən qat-qat üstündür.” (əl-Buxari, 5999). Əbu Hureyra deyir ki, bir kişi qucağındakı körpə uşaqla Peyğəmbərin salləllahu aleyhi və səlləm yanına gəldi. O, körpəni bərk-bərk qucaqlamışdı. Peyğəmbər dedi: "Ona rəhm edirsən?” Kişi: "Bəli”- deyə cavab verdi. Allah Elçisi dedi: "Sənin ona rəhm etdiyindən daha çox Allah ona rəhm edir. O, mərhəmətlilərin ən mərhəmətlisidir”. Aişə demişdir: "Bir dəfə bir bədəvi Peyğəmbərin yanına gəlib dedi: "Siz uşaqlarınızı öpürsünüz?! Amma biz onları öpmürük.” Peyğəmbər dedi: "Əgər Allah sənin qəlbindən mərhəmət hissini götürmüşsə, ona mən nə edə bilərəm?” (əl-Buxari, 5998). Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər demişdir: "Bir dəfə bir adam yolla gedərkən bərk susadı və bir quyuya enib su içdi. Sonra quyudan bayıra çıxdıqda bir itin susuzluqdan ləhlədiyini və yaş torpaq yaladığını görüb öz-özünə: "Mən susadığım kimi, bu it də susamışdır”– dedi və quyuya enib ayaqqabısını su ilə doldurdu. Sonra ayaqqabısını dişləri ilə tutub quyudan çıxdı və itə su verdi. Allah da ona bunun əvəzini verdi və onu bağışladı.”

Əshabələr dedilər: "Ey Allahın elçisi, məgər heyvanlara (etdiyimiz yaxşılıqlara) görə də bizə savab yazılır?” O buyurdu: "Hər bir canlıya (gös tərdiyin qayğıya) görə savab vardır.” (əl-Buxari, 2363)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!