Allahın lütfu

Allahın lütfu
Qadın və Din
10.09.2017 15
Allahın peyğəmbəri Həzrəti Musa bir gün yenə Həzrəti
Cəbrəildən:«Allahdan yer üzünün ən günahkar bəndəsinin kim olduğunu
bilmək istəyirəm»-deyə soruşur.Vəhy mələyi Allahdan xəbər gətirir:

-Sübh çağı şəhərin giriş qapısında gözlə, qapıdan birinci çıxan şəxs Allahın ən günahkar bəndəsidir.

Hz.Musa sübh vaxtı artıq qapının yanında idi. O. səbirsizliklə
gözləyirdi. Bu vaxt bir yaşlı qoca kişi, arxasinca da cavan oğlu qapıdan
çıxdılar.Hz.Musa yaşlı kişinin halına çox acıdı.Allaha onun
günahlarının bağışlanması üçün dua etdi.Sonra da Tur dağına gedib vəhy
mələyindən Allahın ən günahsız bəndəsinin kim olduğunu öyrənmək
istədi.Vəhy mələyi:

-«Ya Musa bu gün şəhərə ən axırıncı girən kəs Allahın ən günahsız bəndəsidir»- dedi.

Hz.Musa axşamüstü şəhər qapısına gəldi və gözləməyə başladı. Camaat öz
iş-gücündən evinə qayıdırdı. Bu zaman peyğəmbər yaşlı kişini və oğlunu
da gördü.Yaşlı kişinin oğlu qabaqda, özü də arxasınca şəhərə daxil
oldular. Onlardan sonra daha kimsə gəlmədi.Hz Musa «Allahın günahsız
bəndəsi yaşlı kişimi?»-deyə düşündü.

Peyğəmbər Tur dağına gedib bu sirri vəhy mələyindən öyrənmək istədi.Hz.Cəbrəil dedi :

-" Ya Musa, səhər gördüyün o yaşlı kişi həqiqətən dünyanın ən günahkar
bəndəsi idi.Qoca öz oğlu ilə dərya kənarına balıq tutmağa getdilər.Kişi
dəryadan bir balıq tutdu.Bu zaman oğlu atasından «Dünyada balıqdan böyük
bir şey varmı?»-deyə soruşdu.Atası :

-" Oğlum, balıqdan böyük dəryadır ki, onu özündə saxlayır"-dedi.

Oğlu: Bəs dəryadan böyük nədir?

Atas: Dəryadan böyük yer kürəsidir ki, dəryanı özündə saxlayır.

Oğlu: Bəs yer kürəsindən böyük nədir?

Atası: Allahın ərşi.

Oğlu: Bəs ondan da böyük?

Atası: Mənim günahlarımdır, oğlum.

Oğlu: «Bəs sənin günahlarından böyük nədir?»-deyə soruşdu.Atası da
«Allahın lütfüdür»-dedi. Tövbə qapısı həmişə açıqdır. Allah bağışlayan,
rəhm edəndir, oğlum. İnşaallah mənim də tövbəm qəbul olunar. Allah yaşlı
kişinin tövbəsini qəbul etdi və günahlarını bağışladı".



Hz.Musa səcdəyə getdi və Allaha şükr etdi…скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!