And içmək haqqında hədislər

And içmək haqqında hədislər
Qadın və Din
10.09.2017 70
Pak və müqəddəs Allaha and içməyin qadağan olunması

Qur’an:

«Yaxşılıq etməkdən, təqvalı olmaqdan, xalq arasında barışıq yaratmaqdan kənar durmanız üçün Allahı öz and yerinizə çevirməyin. Allah eşidən və biləndir.» (Bəqərə, ayə 224)



Hədis:

1730. İmam Sadiq (ə): «Allaha, doğru da olsa, yalan da olsa and içməyin. Çünki Allah-taala buyurmuşdur: «Allahı öz andlarınıza vasitə etməyin.» (əl-Kafi, c.7, səh.434, hədis 1)



568. Yalan and içmədən çəkinmək

1731. «Səvabul-əmal» kitabından: «Allah-taala buyurmuşdur: «Mən öz rəhmətimi yalandan and içən şəxsə şamil etmərəm.» (Səvabul-Əmal, səh.261, hədis 2)

1732. Allahın Peyğəmbəri(s): «Yalandan and içməkdən çəkinin. Çünki bu iş evləri sakinsiz qoyar.» (Səvabul-Əmal, səh.270, hədis 3)

1733. İmam Sadiq (ə): «Hər kəs yalan olduğunu bildiyi halda and içsə Allaha qarşı müharibəyə qalxmışdır.» (Səvabul-Əmal, səh.269, hədis 1.)

1734. İmam Sadiq (ə): «Məcburən yalandan and içmək özündən sonra qalan övladlara yoxsulluq gətirər.» (Biharul-Ənvar, c.104, səh.209, hədis 19)



569. Zalıma and içdirməyin yolu

1735. İmam Əli (ə): «Zalıma and içdirmək istəyəndə, ona «Mən Allahın qüvvət və qüdrətindən uzaq olum» dedizdirərək and içirdin. Çünki əgər yalandan buna and içmiş olsa çox tez bir zamanda öz cəzasına çatar. Ancaq, «And olsun Allaha, Ondan başqa Allah yoxdur» desə Allah cəza verməyə tələsməz. Çünki Allah-taalanı vahidliyi ilə mədh etmişdir.» (Nəhcül-Bəlağə, hikmət 253)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!