Dua, nida və münacat arasındakı fərq

Dua, nida və münacat arasındakı fərq
Qadın və Din
10.09.2017 26
Bu üç kəlmə arasında bir neçə fərq var: "Dua” geniş və ümumi mənaya
malikdir. Əgər bir şəxsi istər uzaqdan, istər yaxından, istər uca səslə,
istər ahəstə, istər tanıyaraq, istər tanımadan çağırsalar, bu çağırış
"dua” adlanır. Lakin uca səslə çağırış "nida” adlanır. Nida edən insan
uzaqdan və ya yaxından səsini çatdırmaq məqsədi ilə yox, sakitləşmək,
ruhi təskinlik tapmaq üçün səsini ucaldır. Başqalarının eşitməyəcəyi
səslə kiminləsə danışmağa "Minacat” deyilir. Əlbəttə, bəzən insan
Allahla, bəzən isə Allah insanla minacat edir. Necə ki, bu həqiqəti
həzrət Əli (ə) "Nəhcül-bəlağə”də təsdiqləyir. Allah-təala buyurur:
"Bəndəmin məqsədi yalnız mənim razılığım olsa onu sevərəm. Qaranlıq
gecələrdə və sakit gündüzlərdə onunla minacat edərəm.”3 Yəni bəndə elə
tərzdə söhbət

edir ki, Allahın onunla danışdığını anlayır. Lakin heç bir şəxs bu
rabitədən xəbər tutmur. Bu növ rabitə Allahın bəndə ilə minacatı
adlanır.

Maraqlıdır ki, duanın üçüncü hissəsində əvvəlki iki hissədən fərqli
olaraq "minacatımı eşit” yox, "minacat edərkən mənə nəzər sal” deyilir.
Bu işin səbəbi odur ki, minacat və xüsusi söhbət zamanı qarşı tərəfin
tam diqqət etməsi lazımdır. Qarşı tərəf tam diqqət etmədikdə nəzərdə
tutulan hədəf hasil olmur. Demək olar ki, minacatda yalnız xüsusi
şəkildə söhbət etmək əsasdır. Söhbətin nə mövzuda olması o qədər də
əhəmiyyətli deyil. Başqa sözlə, məhbubla ünsiyyət yaratmaq
mühümd&¨r. Əgər məhbub lütf etməyib üz çevirsə nəzərdə tutulmuş
məqsəd hasil olmur.

Demək, insan istəsə də, istəməsə də Allah onun sözlərini eşidir. Lakin
Allahın lütf edib insanı dinləməsi, ona nəzər salması mühümdür. Onun
istəklərinin Allah tərəfindən qəbul olunması sonrakı mərhələyə aiddir.
Necə ki, bəzi minacatlarda qəti surətdə Allahdan heç nə istənilmir.
Məsələn, insan "ilahi əgər məni min dəfə cəhənnəmə atıb yandırsan
qəlbimdən məhəbbətin xaric olmayacaq”— deyərkən Allahdan heç bir şey
istəmir. Bu sözlər yalnız sevgi bildirən kəlmələrdir. İnsan bu sözlərlə
istəyir ki, Allah onu dinləsin və ona lütf etsin. Eşitməklə bağlı qeyd
olunan üç məna arasında (elm, diqqət və qəbulolma) ikinci məna, yəni
"diqqət” daha münasibdir.

"Şəbaniyyə” və sair minacatlara bu növ dua ilə başlanılması əslində
bəndələrə dua qaydalarına riayət etməyi və Allahla söhbətə layiq olmağı
öyrədir: eyni zamanda insanlara öyrədilir ki, Allahdan onlara minnət
qoyub hacətlərinə nəzər salmasını istəsinlər. Çünki günahlar onların
abırını aparmış və Allahın nəzər

salmasına mane olmuşdur. Bir duada oxuyuruq: "...İlahi, günahlarım
çöhrəmi pisləşdirib, dualarımın qarşısını alıb, mənimlə sənin aranı
kəsmiş və səsimin sənə çatmamasına səbəb olmuşdur... İndi isə mən sənə
doğru yol axtararaq insanların ən sevimlisi, ən əzizi və ən layiqlisinin
vasitəsi ilə sənə yaxınlaşmaq istəyirəm...”

Xatırlatmalıyıq ki, tövbə üçün də ləyaqətimiz yoxdur. Gərək ilahi övliyaların vasitəçiliyi ilə ləyaqətli tövbə edək.

Minacatın salavatla başlanmasından belə bir məna anlaşılır ki, hətta
günahların bağışlanmasını istəmək üçün ləyaqətli olmalıyıq. Allahın
tövbələrimizi qəbul etməsi üçün Onun sevimli bəndəsinin adını çəkməklə
tövbəyə layiq oluruq. Dua zamanı bu növ ədəb nümayişi daha çox qəlb
iştirakına səbəb olur və insanın duasının dəyərini artırır. Əgər bir
şəxs hədiyyə gətirdiyi gül dəstəsini evin bir küncünə atarsa, hədiyyənin
dəyəri azalar. Lakin təvazökarcasına gül dəstəsini təqdim edərsə,
hədiyyənin dəyəri yüksələr. Adi halda bağça və ya bazarda gül dəstələri
ucuz və boldur! Hansı qaydada ədəb nümayiş etdirmək lazım olduğunu
bilmədiyimiz üçün ilahi övliyalar ədəb qaydalarını bizə öyrətmişlər.
Beləliklə, naqis düşüncəmizlə özümüzdən cümlələr icad etməyə ehtiyac
yoxdur. Yalnız nəql olunmuş cümlələr barəsində azca düşünməli, sonra
həmin cümlələri ədəblə ilahi dərgaha ərz etməliyik.

Əgər insan Allahın ona etina göstərmədiyini və onun sözlərinə diqqət
etmədiyini təsəvvür edərsə, heç zaman söhbət və raz-niyaz alınmaz. Buna
görə Allahdan istəyirik: "İlahi, sözlərimi dinlə və xüsusi lütflə mənə
nəzər sal! İlahi, sənə doğru qaçdım.” Sanki insanı hədələyən düşmənlər
var; O düşmənlərinin çəngindən qaçıb, onların hərəkət etdiyi istiqamətin
əksinə sürətlə getmək istəyir.

İndi isə çəngindən qaçıb, Allaha sığındığımız düşmənlərin kim olduğuna
nəzər salmalıyıq. Şübhəsiz, Allah cisim deyil ki, O bir istiqamətdə,
düşmən də ayrı bir istiqamətdə dursun! Bu ruhi və mənəvi qaçışdır.
Demək, Allaha əks tərəf insanı süquta aparır. Ondan qaçıb-qurtulmaq isə
insanı ucaldır. Bizi Allahla müxalif tərəfə çəkib süquta aparmaq istəyən
amillər var. Yerin cazibəsindən çıxan peyklər kimi güclü olub, müxalif
qüvvədən qaçıb, ayrı bir fəzada Allaha doğru hərəkət etməliyik.

(Qurani-kərim geniş bir biyaban səhnəsini canlandırır: Bu çöldə müəyyən
yol yoxdur və xüsusi amillər insanı gicəltmək istəyir. Əlbəttə, şəxsin
bəzi dostları var. Onlar bu şəxsi öz yanlarına çağırırlar. Lakin insan
bu amillər tərəfindən çaşdırıldığı üçün dostların dəvətini qəbul edə
bilmir.4 Qurani-kərim başqa bir yerdə belə buyurur: "Allaha şərik qoşan
kimsə göydən düşən, quşların onu sürətlə alıb apardığı, yaxud küləyin
sovurub uzaqlara atdığı bir şeyə bənzər.”5 (Quranın bu növ təşbehləri
insanın süqutunu göstərir.)

Əlbəttə, bütün mərhələlərdə müxalif qüvvələrin sayı artır və bu
qüvvələrin cazibəsi güclənir. Necə ki, tələbələr hər il fərqli və çətin
imtahanlarla üzləşirlər! Biz də ilk mərhələdə vaciblər və haramlarla
üzləşirik. Sonrakı mərhələlərdə vaciblər və haramların müəyyən edilməsi
çətinləşir. Hətta bəzən insan vaciblə haramı ayırd edə bilmir və ya
hansısa bir əməlin vacib, yoxsa haram olmasında şübhəyə düşür.

İbtidai siniflər üçün sadə imtahanlar, məktəbi qurtarmaqda olan
şagirdlər üçün isə mürəkkəb riyazi düsturlar və başqa çətin suallar
təyin edilmişdir. İnsanlar üçün həyatda da müxtəlif mərhələlər və
imtahanlar mövcuddur; müvəffəq olmaq üçün kitab və sünnə ilə tanışlıq
lazımdır!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!