Niyə bikefsən?

Niyə bikefsən?
Qadın və Din
10.09.2017 28
Niyə bikefsən?? Hz. Adəm (a.s) kimi cənnətdənmi uzaqlaşdın?

Niyə bikefsən???Hz. İbrahim (a.s) kimi oda atıldın?

Niyə bikefsən???Hz. Zəkəriyya (a.s) kimi mişarla kəsildin?

Niyə bikefsən??? Hz. Yusif (a.s) kimi quyuyamı atıldın?

Niyə bikefsən???Hz. Muhamməd (s) kimi Taif'də daşlandınmı, belinə
içalatmı qoyuldu namaz qılanda, dişinmi qırıldı, hicrətəmi çətinlik
çəkdin, sevdiklərindənmi ayrıldın?

Niyə bikefsən??? Hz. Həmzə kimi burnun, qulağınmı kəsildi?

Niyə bikefsən??? Hz. Abbas kimi qollarınmı kəsildi?

Niyə bikefsən???İmam Huseyn kimi ox, nizə və qılınc zərbələri ilə yaralandınmı?

Niyə bikefsən??? Emmar, Sümeyyə, Yasir kimi işgəncəmi gördün?

Niyə bikefsən??? Bilal-ı Həbəşi kimi qızmar qumlara yatırılıb, üzərinə daşlarmı qoyuldu?

Niyə bikefsən??? Yunus peyğəmbər (a.s) kimi dənizəmi atıldın?

Niyə bikefsən??? Eyyub peyğəmbər (a.s) kimi vücudunu yaralarmı bürüdü?

Niyə bikefsən???

Nə düşünürsən, dünyalıq işlərmi? Kədərlənəcəksənsə, namazını qəzaya
saxladığın üçün, birinin qəlbini qırdığın üçün kədərlən..
Kədərlənəcəksənsə, bu gün Allah üçün bir şey etmədiyin üçün, Allahi
Rəsulun (s) İmamları (ə) razı edə bilmədiyin üçün kədərlən.. Fələstində,
Suriyada və Dünyanın dörd bir yanında zülm görən, işgəncə edilən,
öldürülən din qardaşların üçün kədərlən.. Kədərlənəcəksənsə, bir kasıba
yardım edə bilmədiyin üçün, yetimin əlindən tuta bilmədiyin üçün
kədərlən.. Kədərlənəcəksənsə, Afrika'da və digər ölkələrdə bir loxma
çörək tapmayan, xəstəliklərə dözə bilməyən insanlar üçün kədərlən..
Kədərlənəcəksənsə, Quranı kifayət qədər oxuyub, həyatına tətbiq edə
bilmədiyin üçün kədərlən.. Kədərlənəcəksənsə, Peyğəmbərimizin (s)
şəfaətinə nail olmamaq qorxusu ilə kədərlən.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!