Allaha təvəkkül etmək nə deməkdir?

Allaha təvəkkül etmək nə deməkdir?
Qadın və Din
10.09.2017 32
"Təvəkkül" "Vəkil" sözündən gəlir. Allahın gözəl adlarından biridir. 
Vəkil - hər şeyi görən, hər şeydən xəbərdar olan, hər şeyi idarə edən,
hər şeyi nəzarət altında saxlayan, yaratdığı bütün məxluqatın ruzisini
və idarəsini öz üzərində götürmüş Allah mənasına gəlir.
İnsanın Allaha təvəkkül etməsi o deməkdir ki, bir şeyə nail olmaq üçün
boynuna düşən bütün vəzifələri yerinə yetirirsən və sonra nəticəni
Allaha həvalə edirsən.
Təvəkkül məsələsində ən mühüm məsələlərindən biri də Allaha etibar
etməkdir, həm də lap işin başından. Əslində Allaha əmanət etməyən insan
ya imansızdır, ya cahil. Yəni, sən öz borcunu yerinə yetirəndə bütün
ruhunla əmin olmalısan ki, Allah sənin heç bir zəhmətini boşa
çıxarmayacaq. Bəndə əmin olmalıdır ki, Allah onun üçün nəyin xeyir,
nəyin zərər olduğunu onun özündən daha yaxşı bilir və ən yaxşısı da
Allahın təqdir etdiyidir.
Təvəkkül düşüncəsi əslində insanın formalaşmasında çox böyük rol oynayan amillərdəndir.
Təvəkkül - Allaha etibar etməkdir. onun mərhəməti altına girməyəcan atmaqdır.
Qurani-Kərim də, Peyğəmbərimiz də (s.ə.s) müsəlmanlara təvəkkül ruhu aşılayırlar.
Allah bizə layiq olduğu kimi təvəkkül etmək və edə bilmə dərəcəsi versin!!!
Amin!!!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!