Səhabələri söymək və lənətləmək olarmı?

Səhabələri söymək və lənətləmək olarmı?
Qadın və Din
10.09.2017 27
İslam əxlaqına görə, söyüş söymək günahdır. İstər diri olan, istərsə də
dünyasını dəyişmiş adamı söymək müsəlmana yaraşan hərəkət deyil. Ona
görə də səhabələrin ruhunu söymək birmənalı olaraq qadağandır.
Səhabələri lənət etməyə gəlincə, təəssüf ki, keçmiş zamanlarda əsasən
siyasi səbəblər üzündən bu kimi hallar baş vermişdir.



Xüsusilə Əhli-beytə qarşı mənfi münasibətdə olmuş bəzi məşhur
səhabələrə şiə ölkələrində lənət söyləndiyi barədə məlumatlar vardır.
Lakin hal-hazırda şiə dünyasının böyük müctəhidləri, nüfuzlu alimləri bu
kimi hallara yol verilməməsi üçün ciddi səy göstərirlər. Bəzi
mərceyi-təqlidlər sünni dünyasının möhtərəm saydığı şəxsiyyətləri lənət
və təhqirə məruz qoymağın haram olduğu haqqında fətva vermişlər. Bu kimi
hallar müsəlmanların vəhdətini zəiflədir və məzhəblər arasında
düşmənçilik yaradır. Lakin səhabələrin tarixdəki rolunu araşdırarkən
tənqidi fikirlər söyləməyin günahı yoxdur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!