Xoş gördük, mənim adım GÜNAHdır

Xoş gördük, mənim adım GÜNAHdır
Qadın və Din
10.09.2017 53
Əvvəllər adım çəkilincə tükləriniz bədəninizdə dimdik durardı, amma indi başınızın tacı etmisiz məni.



Xoş gördük, mənim adım GÜNAHdır

Əvvəllər adım çəkilincə tükləriniz bədəninizdə dimdik durardı, amma indi başınızın tacı etmisiz məni. Marksın dinə qoyduğu "opium" adı da məni aldada bilmədi. Hələ təhrif olunmuş dinləri demirəm. Onları çoxdan ayaqlarım altına almışam.



Əvvəllər mənə sahib olanlar başlarını qaldırmazdı, amma indi mənimlə qürur duyurlar. Rüşvətxoru rüşvətə, şərabxoru şəraba, zinakarı zinaya vərdiş etdirdim. Bir çoxlarının "şərəf və ləyaqətinə" belə çevrildim. Amma bu qədər yüksələcəyimi heç ağlıma belə gətirməzdim. Dünyanın bir tərəfində aclıq, quraqlıq, qarət, qətliam, bir tərəfdə eyş-işrət, israfçılıq, bir tərəfdə isə bütün bunların sona çatması üçün dualara uzanan əllər. Nə yaxşı ki, bu əllər elə göylərə ucalıb. Peyğəmbərin (s) cümə namazından sonra səfərbər olan müsəlmanlardan biri olsaydım, günümüzdə çətin ki, bir iş görə biləydim. Amma indi tam sərbəstəm. Mənə vərdiş edənlər nələrə vərdiş etmədilər, nələrə... İsmət və namusunu beş paraya satın alıb vətənini satarlar, var-dövlətə xatir qeyrətinə göz yumarlar, dünən başını açıb bu gün ətəyini qaldıranlar. Hamısı mənə vərdiş edənlərdir. Mən yox, onlar mənə vərdiş etdilər. Avropa, Amerika mədəniyyətindən "İlham" alanlar, özünü onlara bənzədib onların nifrətini qazananlar. Nə oldu sizin mədəni diçəlişiniz?! Soyunmaqla mədəni olmaq istədiniz? Elə isə paltarsız heyvanlar sizdən mədəni olmalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!