İnsanlarla xoş danışmaq vəzifəsi

İnsanlarla xoş danışmaq vəzifəsi
Qadın və Din
10.09.2017 8
Çox həssas olan dil kiçik üzv olaraq, böyüklük və əzəmətin nişanəsidir.
Dil - ya nicat, ya da insanın dünya və axirətdə fəlakətinə səbəb olan
amildir. Dil - ailə və cəmiyyəti həm sakitləşdirə bilər, həm də ailənin,
millətin sakitliyini poza bilər. Dil insanları islah da edə bilər,
abır-həyalarını qoruya da bilər, onların abır-həyasını apararaq,
sirlərini aşkar da edə də bilər.



Quran bütün insanları, xüsusilə də iman sahiblərini dəvət edir ki,
insanlarla xoş danışınlar. Quran ayələrindən başqa, Peyğəmbər (s) və
İmamlarımızdan (ə) bizə çatan hədislərdə də dilin əhəmiyyəti haqda çox
sayda hədislər gəlmişdir ki, onları toplasalar, kitab şəklində ola
bilər. Əmirəl-möminin (ə) buyurur: "Dil - insanın tərəzisidir” (yəni hər
bir insan öz dilinin vəziyyətinə görə qiymətləndirilər). Həzrət
Peyğəmbər (s) dilin gətirə biləcəyi fəsadlar barədə buyurur: "Ey Allah!
Elə bir əzaba düçar etmisən ki, başqa bədən üzvlərini bu cür əzaba düçar
etməmisən. Ona deyilər: "Bu kəlmə səndən çıxdı və yer üzünün şərqinə və
qərbinə çatdı. Bu kəlməyə görə möhtərəm qan tökülmüşdür. Möhtərəm mal
qarət edilmişdir. Möhtərəm abır-həya aradan getmişdir”.



Həzrət Əli (ə) buyurur: "O qədər insanlar olub ki, dilləri onları həlak edibdir”.



Gündüz və gecə və hər bir halda insan düşünərək danışmalıdır. Allaha və
Qiyamətə diqqət etməlidir. O cür olmamalıdır ki, dil insanı günaha
batırsın və onun vurduğu xəsarəti aradan qaldırmaq mümkün olmasın.



İmam Cəfər Sadiq (ə) buyurur: "Mömin olanlar və olmayanlarla xoş və
yaxşı danışın. İnsanlarla danışığınız yaxşı, bəyənilmiş və məntiqli
olmalıdır. Möminlərlə şən və gülərüzlə danışmaq lazımdır. Müxaliflər ilə
isə elə danışmaq lazımdır ki, onlar imana gəlsinlər. Əgər imana
gəlməsələr, onların şərindən amanda olmaq lazımdır”. Sonra Həzrət
buyurur: "Allahın düşmənləri ilə mehribanlıq etmək - insanın özünə və
iman qardaşlarına etdiyi ən yaxşı sədəqədir”.



Həzrət İmam Baqir (ə) Quran ayəsinin ("Və qulu linnəsi husna”)
təfsirində buyurmuşdur: "İnsanlarla elə danışın ki, siz də başqalarının
sizinlə o cür danışmağını istəyirsiniz. Çünki o insanlar ki, əhli iman
və möhtərəm insanlarla danışanda lənət edirlər, məzəmmət edirlər və tənə
vururlar - Allah onlara qarşı kin və qərəzi vardır”.



Allahın Rəsulu (s) buyurur: "Hər bir Adəm övladının sözləri onun
ziyanınadır, onun xeyrinə deyildir. Ancaq əmr-be-məruf, nəhy əz minkər
və Allahı zikr etməkdən başqa”.



"Bəqərə” surəsinin 83-cü ayəsində deyilir: "Allahdan qeyrisinə ibadət
etməyin, ata-analarınıza, yaxın qohumlarınıza, yetimlərə və yoxsullara
ehsan edin, insanlarla xoş danışın, namaz qılın və zəkat verin”.



İnsanlarla, qohumlarla, yetimlərlə xoş danışmaq - mənəvi gözəllikdir.
Tarix göstəribdir ki, Peyğəmbərlər, İmamlar, övliyalar, həqiqi iman əhli
daima xoş rəftar, gülərüz və xoş danışan olublar. Allahın Rəsulu (s) və
İmamlarımız (ə) insanları daima xoş və məntiqi danışığa dəvət ediblər.
Onların ardıcılı olmaq istəyən bizlər də gərək dilimizə hakim olaq,
danışanda düşənərək, danışaq və insanlarla məntiqi dillə danışaq, xoş
ünsiyyət bağlayaq. Axı biz müsəlmanıq!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!