Dua...

Dua...
Qadın və Din
10.09.2017 7
Dua bəndənin öz dərdlərini, ehtiyaclarını ALLAHA deməsi və kömək istəməsidir.



Dua bir tərbiyə məktəbidir, insanin öz RƏBBİ qarşısında acizliyini etiraf etməsi



və Sonsuz Qüdrət Sahibindən yardım istəməsidir.



Dua ilə ALLAHA yalvarmayan, insanlar qarşısında aciz qalar,



ALLAHA qul olmayan qula qul olar.



Ona görə də, duanı dilinizdın əksik etməyin, və əmin olun ki,



sizin duanız eşidilir. ALLAHDAN bir şey istəyəndə də iki məqamı unutmayın:



əvvəla, nə istəyirsinizsə, xeyirlisini istəyin və bir də israrlı olun.



Peyğəmbərimiz buyuru ki, dua edəndə dilənşi bir şeyi almaq üçün



nə qədər israr edirsə, siz də ALLAHDAN bir şey istəyəndə o cür davranın.



Bir də, duanın ədəbi var. Çığiraraq, bağıraraq bir şey istəmək olmaz.



ALLAH bizim qəlblərimizi də görür, ehtiyaclarımızı da bilir.



Bir də yetimin, zülmə uğrayanın duasını almağa çalışın,



onlar sizin üçün dua etsinlər və siz əmin olun ki,



ALLAH onların duasından sizə xeyir-bərəkət verəcək.



Yalnız hamımız üçün bir vacib dua varki oda, ANA DUASIDIR. . .



Səhər yerinizdən duranda " ALLAHIM, bu günümü xeyirli elə" deyin, işə,



dərsə gedəndə " ALLAHIM, əməllərimi xeyirə çevir" deyə dua edin,



maaş alanda " ALLAHIM, bu puluma xeyir nəsib elə" deyə yalvarın.



Bir sözlə, hər işdə bir dua oxuyun. Hər duanıza da,



ALLAHIN və RƏSULULLAHIN adını qoşun ki, istəyiniz qəbul olsun.



Dua etməkdən çəkinməyin, dua ibadətdir və ALLAH dua edən qullarını sevər.



Sonda bir məqamı xatırlatmaq istərdim.



Əgər ALLAH sizə sizin istədiyiniz yox, başqa bir şey verirsə,



fƏryad etməyin, onun daha xeyirli olduğunu düşünün.



Ay niə filankəs bahalı maşin sürür mən yox,



o niyə işdə daha uğurludu mən yox, niyə universitetə qəbul oldu mən yox,



niyə ailə qurdu mən qaldım,yəqin ALLAH məni cox istəmir.



Belə sözlər deyib günaha girməkdənsə əlinizdə olanlara şükür edin..

ALLAH DUALARINIZI QEBUL ETSİN. AMİN!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!