Dərin iman

Dərin iman
Qadın və Din
10.09.2017 12
İman edərək yaşamaq insan üçün ən uyğun, ən gözəl və ən dinc həyat
şəklidir. Allah sevgisinin, Allah qorxusunun şüurlu şəkildə anlayaraq
insanları sevmək, mərhəmət etmək, qədərə təvəkkül edib hər vaxt xoşbəxt,
dinc və şövqlü olmaq, iman edənlərə xüsusi ruh üstünlükləridir.
Möminlər imanlarından qaynaqlanan bu əxlaq üstünlüklərini daha da
artırmağı arzu edərlər. Buna görə həm içdən Allaha yönələrək dua edər,
həm fiziki olaraq bütün imkanlarını istifadə edər, feli dua edərlər.
İnsan Allahdan vasitəsiz bir ağla sahib deyil; bunu anlamaq
əhəmiyyətlidir. Allah diləmədikcə insan heç bir şey diləyə bilməz.
Qarşılaşdığımız hər hadisəni, izlədiyimiz hər

görüntünü Aləmlərin Rəbbi olan, elmiylə hər şeyi əhatə edən Allah yaradar. İnsan yalnız

Allahın əzəldə təyin etmiş olduğu qədərində yaşayacağı nə isə onu görər.
Bunu qavrayan insan şirkdən də xilas olar. "Mən edirəm " iddiasında
olan və gücü özündə görən adamın ağlı bağlanar, Rəbbinə ortaq qoşar. Çox
güclü və qərarlı iman reallaşdığı zaman Allah qorxusu da, Allah sevgisi
də olar. Ardından ağıl, fikir və bərəkət gəlir, dərinlik və ehtiras

gəlir. Öncə sarsılmaz bir iman, bunun üçün də çox möhkəm bir vicdan
lazımdır. İnsanın vicdanı çox güclü olmalıdır, çünki hər gün adamı
sarsıdacaq hadisələrlə qarşılaşır. Zəif və aciz bir varlıqdır insan,
zəif yaradılmışdır. Məsələn, kiçicik bir virusun insanı öldürə bilməsi
bədənin zəifliyidir. İnsanın etməsi lazım olan tam olaraq Allaha təslim
olmaqdır. Vicdanı sıxmamaq, özünü təslim etmək, eşqlə Allahı sevmək, bu
eşqi könüldən yaşamaq əhəmiyyətlidir. Allahı sevmək üçün Allaha dərin
iman etmək, Allahın varlıq dəlillərini araşdırmaq, öyrənmək lazımdır.
Allah elm sahibi olmamızı, elmi tapıntıları araşdırıb, araşdırmamızı,
varlıq dəlillərinə baxmamızı istəyir. Bu əmrə əməl etdiyimiz zaman
Allahı daha çox sevər, gözəlliklərini gördükcə Allaha heyranlığımız, Ona
olan hörmətimiz artar, Onun böyüklüyünü daha yaxşı qavrayar, daha
şövqlü olarıq. Allahın varlıq dəlillərini görə bilən insanın imanı
dərinləşər.İnsan maddənin element atomun, hüceyrənin quruluşuna baxar,
geologiya, paleontologiya, astronomiyayla maraqlanar, sonsuzluğu
qavramağa çalışar, bunlar haqda düşünərək beynini inkişaf etdirər. Belə
söyləyər Abdulqadir Geylani: "Ey Övlad! Kainatın hər zərrəsində Allahın
gözəl sənəti vardır. Bu gözəl sənətlərin hər biri Haqqa çatdıran
dəlillərdir. Bu dəlillərə yapışan hər kəs Haqqa vara bilər. Dərin
düşüncələrə dal. Düşüncən dərinlərə kök saldıqca yüksələrsən və
ucalarsan." (İlahi Hədiyyə) Bədiüzzaman da iman həqiqətlərinə çox
əhəmiyyət verər. Ustada görə bu zamanda iman həqiqətlərinin birinci
məqsəd, birinci vəzifə, əsl məqsəd olması lazımdır. Bunun xaricindəki
şeylər ikinci, üçüncü, dördüncü dərəcəlidir. Əsas məsələ insanın özünü,
digər varlıqları, kainatı və həmcinslərini iman oxunda qəbul etməsidir.
İman həqiqətləri insanın ruhuna sevinc, xoşbəxtlik və sevinc verər.
Allahdan qorxusunu artırar, ibadət dayanıqlığını və dinə xidmət şövqünü
artırar. Güclü iman bədənə və mənəviyyata sağlamlıq və gözəllik verər.
İnsana daha çox səmimiyyət qazandırar. Uca Allah səmimi qullarının xilas
olacağını Quranda xəbər verər. O halda səmimiyyət Quran əxlaqının ən
əhəmiyyətli xüsusiyyətidir; digərləri onsuz da ardından gələcəkdir.
İnsan əvvəl özünə qarşı son dərəcə səmimi olmalıdır. Ancaq səmimiyyət
özünü sıxmaqla, zorla qazanılacaq bir xüsusiyyət deyil. İnsanın hər şeyi
Allahın etdiyinin və hər şeyin Onun idarəsində işlədiyini qavraması
lazımdır. İnsan özündə Allahdan müstəqil bir güc görsə, anormallıqlar
başlayar. Danışması pozular, baxışlar dəyişər, davranışları qəribələşər.
Ancaq hər etdiyini Allahın yaratdığını anlasa və buna səmimi inansa,
Allah dualarına razılıq edəcək və istədiklərini verəcək. Danışdıranın
Allah olduğuna səmimi iman etmək, gözəl natiqlik, hikmətli danışma və
faydalı olma gücü qazandıracaq. Duanın da eyni şəkildə səmimi olması çox
əhəmiyyətlidir. İnanan insan Onun şanını, qüdrətini, gücünü lazımınca
təqdir etmə gücü istəməlidir Rəbbindən. Və dua etməlidir: "Allahım, Sənə
qarşı dərin söhbət və iman ver mənə. Səninlə kəsilməz və güclü, qopmaz
bir əlaqəm olsun. Səni heç unutdurma. Davamlı Səninlə əlaqə halında olum
və hər şeyi Sənin etdirdiyini bilim; mənə bunu unutdurma Rəbbim. Sənin
sonsuz gücünü haqqıyla təqdir etməyim, Səndən gücüm çatdığı qədər
qorxmağım və Səni gərəyi kimi sevməyim üçün mənə ilham ver…"скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!