Məsumların nurlu kəlamlarından 500 hədis (201-220)

Məsumların nurlu kəlamlarından 500 hədis (201-220)
Qadın və Din
10.09.2017 11
Bismillahir Rəhmanir Rəhim...

Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).

Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...

Hədis 201: Həzrət Əli (ə) buyurur: "Cahilin ehtiyacsızlığı malına görədir.”



Hədis 202: Həzrət Əli (ə) buyurur: "İntizarı çəkiləsi ənlayiqli (səlahiyyətli) şey gizli ölümdürki, hər şeydən tez gəlib yetişir.”



Hədis 203: Həzrət Əli (ə) buyurur: "Dost çətinlik zamanı tanınar.”



Hədis 204: Həzrət Əli (ə) buyurur: "Gözün kor olması bəsirətin kor olmasından daha yüngüldür.”



Hədis 205: Həzrət Əli (ə) buyurur: "Bircə saatlıq qısa düşünmək uzun-uzadı ibadətdən üstündür.”



Hədis 206: Həzrət Əli (ə) buyurur: "O şəxs nicatt aparki, faydasız həvəslərinə qalib gəlmiş, nəfsinin istəklərinə hakim olmuşdur.”



Hədis 207: Həzrət Əli (ə) buyurur: "Büdrəməmək üçün əvvəlcə düşün, sonra danış.”



Hədis 208: Həzrət Əli (ə) buyurur: "Az tapılır ki, insan qarınqulu olduğuhalda, xəstələnməsin.”



Hədis 209: Həzrət Əli (ə) buyurur: "Hər kəsin dəyəri onun biliyi qədərindədir.”



Hədis 210: Həzrət Əli (ə) buyurur: "Az yemək bədəni bir çox xəstəliklərdən qoruyur.”



Hədis 211: Həzrət Əli (ə) buyurur: "Əməl edilən az elm, əməl edilməyən çox elmdən üstündür.”



Hədis 212: Həzrət Əli (ə) buyurur: "Axmağın qəlbi dilinin, aqilin dili isə qəlbinin arxasındadır (yə`ni,aqil əvvəlcə düşünər sonra danışar).”



Hədis 213: İmam Sadiq (ə) buyurur: "Böyüklərimizə ehtiram göstərməyən, kiçiklərimizə isə rəhm etməyən kəs bizdən deyildir.”



Hədis 214: İmam Sadiq (ə) buyurur: "Bizim vilayətimiz (hakimiyyətimiz) Allahın hakimiyyətidir. Heç bir peyğəmbər bu vilayətsiz məb’us edilməmişdir.”



Hədis 215: İmam Sadiq (ə) buyurur: "Başqasının sirri üzərindən pərdəni götürənin öz evininsirləri aşkar olar.”



Hədis 216: İmam Sadiq (ə) buyurur: "Qardaşına quyu qazan özü düşər.”



Hədis 217: İmam Sadiq (ə) buyurur: "Qadınlarınızın pak qalması üçün gözünüzü xalqın namusundan çəkin.”



Hədis 218: İmam Sadiq (ə) buyurur: "Mö`min başqaları ilə keçinir və əsla kimsə ilə didişmir.”



Hədis 219: İmam Sadiq (ə) buyurur: "Dolanışıqda orta həddi gözləyən şəxs heç vaxt fəqir olmaz.”



Hədis 220: Həzrət Əli (ə) buyurur: "Çox vaxt bir saatlıq şəhvət ləzzətindən uzun qəm-qüssə yaranır.”скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!