Məsumların nurlu kəlamlarından 500 hədis (221-240)

Məsumların nurlu kəlamlarından 500 hədis (221-240)
Qadın və Din
10.09.2017 5
Bismillahir Rəhmanir Rəhim...

Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).

Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...

Hədis 221: İmam Sadiq (ə) buyurur: "İnsanın daxili islah olarsa, zahiri rəftarı möhkəmlənər.”



Hədis 222: İmam Sadiq (ə) buyurur: "Tənbəllik və hövsələsizlikdən uzaq ol. Çünki bu iki hal bütün pisliklərin başlanğıcıdır.”



Hədis 223: İmam Baqir (ə) buyurur: "Allah-Təala - pis danışan, lə`nət deyənvə tə`nə vuranları sevmir.”



Hədis 224: İmam Baqir (ə) buyurur: "Bizim şiəmiz olan şəxs təqvalıdır, Allaha itaət edən və xalqın haqqında yalnız yaxşı sözlər danışanıdır.”



Hədis 225: İmam Baqir (ə) buyurur: "Sənə zülm etmişlərsə də, sən zülm etmə.”



Hədis 226: İmam Baqir (ə) buyurur: "Səni yalan danışmaqda ittiham edərlərsə, qəzəblənmə.”



Hədis 227: İmam Baqir (ə) buyurur: "Səni tə`rif etsələr, sevinmə.”



Hədis 228: İmam Baqir (ə) buyurur: "Hikməti, hətta ona əməl etməyəndən də olsa, öyrənin.”



Hədis 229: İmam Baqir (ə) buyurur: "Əlinə fürsət düşəndə səhlənkarlıq etmə.”



Hədis 230: "Saleh insanların məclisi insanı islaha vadar edər.”



Hədis 231: İmam Səccad (ə) buyurur: "Yaradılış məqsədiniz barədə düşünün və ona əməl edin. Çünki Allah sizi əbəs yerə yaratmamışdır.”



Hədis 232: İmam Səccad (ə) buyurur: "Cəhənnəm odundan qorxan şəxs günahlarından tövbə edər.”



Hədis 233: İmam Səccad (ə) buyurur: "Allahın ən xoşu gələn şey budurki, insan Onu tanıdıqdan sonra qarnını və cinsiyyət üzvlərini haramlardan qorusun.”



Hədis 234: İmam Səccad (ə) buyurur: "Əgər bir şəxs səni söydükdən sonra üzr istəyərsə, onu bağışla.”



Hədis 235: Həzrət Əli (ə) buyurur: "Hər kim orta həddi gözləsə, həlak olmaz.”



Hədis 236: İmam Səccad (ə) buyurur: "Pis işi tərk etməkdən çəkinmə; bu pis əmələ məşhur olsan da belə.”



Hədis 237: İmam Həsən (ə) buyurur: "Düşüncə sahibi olub-olmamaq qəzəblənən vaxt bilinər.”



Hədis 238: İmam Hüseyn (ə) buyurur: "Fisq-fücur əhli ilə (günahkarlarla) yoldaşlıq etmək insana qarşı sui-zənn yaradır.”



Hədis 239: İmam Hüseyn (ə) buyurur: "Bə’zi insanlar dünyanın bəndəsidirlər və dindarlıqları yalnız dildədir. Maddi həyatlarına uyğun gələnədək dinlə yoldaşlıq edirlər. İmtahana çəkildikdə isə dindarlar az olur.”



Hədis 240: İmam Hüseyn (ə) buyurur: "Mən ölümü eynilə xoşbəxtlik, zalımlarla yaşamağı isə ağrılı bir əzab sanıram.”скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!