Məsumların nurlu kəlamlarından 500 hədis (261-280)

Məsumların nurlu kəlamlarından 500 hədis (261-280)
Qadın və Din
10.09.2017 34
Bismillahir Rəhmanir Rəhim...

Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).

Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...

Hədis 261: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Fikirləşmək kimi ibadət, məsləhətləşmək kimi e`tibarlı kömək yoxdur.”



Hədis 262: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Çox gülməkdən çəkin, çünki çox gülmək qəlbi öldürər.”



Hədis 263: Həzrət Məhəmməd (s.a.a.) buyurur:"O şəxs bağışlanmağa daha layiqdir ki, intiqam almağa qüdrəti daha çoxdur.”



Hədis 264: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Xalqın ən dəyərlisi faydasız işdən uzaqlaşan kəsdir.”



Hədis 265: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Xoş o kəsin halına ki, öz eyblərinə məşğul olduğuna görə,mö`minlərdə eyb axtarmaqdan uzaqdır.”



Hədis 266: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Bilmədən bir iş görən şəxsin xarab etdiyi düzəltdiyindən çox olar.”



Hədis 267: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Hər kəs başqasının pis işini başqalarına bildirsə, özü o işi görmüş kimidir.”



Hədis 268: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "İsrafçılıq yaxşı deyildir, amma yaxşı işdə israf yoxdur.”



Hədis 269: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Fürsətlər bulud kimi ötüşür.”



Hədis 270: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Xalqın malında gözü olan şəxs həmişə qəmgin olar.”



Hədis 271: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Xoş o kəsin halına ki, Allah qorxusu onu xalqın qorxusundan uzaqlaşdırmışdır.”



Hədis 272: Həzrət Əli (ə) buyurur: "Heç bir iş sənin başını qatıb axirət işindən uzaqlaşdırmamalıdır. Çünki ömür olduqcaqısadır.”



Hədis 273: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Əzabı və əvəzi daha tez çatan günah ne`mətə qarşına şükürlükdür.”



Hədis 274: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Özünü fəqirliyə vuran fəqir olar.”



Hədis 275: İmam Həsən (ə) buyurur: "Yaxşılıq odur ki, əvvəldə hey bugün-sabaha salınmasın və sonradan da minnət qoyulmasın.”



Hədis 276: İmam Həsən (ə) buyurur: "Zarafat insanın zəhmini azaldar və az danışan şəxs öz zəhmini artırar.”



Hədis 277: İmam Həsən (ə) buyurur: "Düşünün, çünki düşüncə bəsirətli qəlb üçün həyat səbəbidir.”



Hədis 278: İmam Əli (ə) buyurur: "Tövbə və bağışlanma yolu olduğu halda ümidsizliyə qapılan şəxsə təəccüb edirəm.”



Hədis 279: İmam Həsən (ə) buyurur: "Oğlum, bir şəxsi yaxşı tanımamış, onunla dostluq etmə.”



Hədis 280: İmam Həsən (ə) buyurur: "Kərəm odur ki, sənə ağız açılmamış əta edəsən.”скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!