Məsumların nurlu kəlamlarından 500 hədis (281-300)

Məsumların nurlu kəlamlarından 500 hədis (281-300)
Qadın və Din
10.09.2017 9
Bismillahir Rəhmanir Rəhim...

Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).

Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...

Hədis 281: İmam Həsən (ə) buyurur: "Gözlərin ən üstünü xeyir işlərdə çalışan gözlərdir.”



Hədis 282: İmam Həsən (ə) buyurur: "Özündən razı olmaq sizin nəsihət qəbul etməyinizə mane olur.”



Hədis 283: İmam Həsən (ə) buyurur: "İbrətlərdən nəsihət alın və keçmişdəkilərin başlarına gələnlərdən ibrətlənin.”



Hədis 284: İmam Həsən (ə) buyurur: "Dünya və axirət ağıl və düşüncə ilə əldə edilər.”



Hədis 285: İmam Həsən (ə) buyurur: "Xoş xasiyyət qədər başqa heç bir şey həyatı şirin etmir.”



Hədis 286: İmam Həsən (ə) buyurur: "Elminizi başqalarına öyrədin və başqalarının elmini öyrənin.”



Hədis 287: İmam Həsən (ə) buyurur: "Ağılın kamilliyi xalqla xoş münasibətdə olmaqdır.”



Hədis 288: Həzrət Əli (ə) buyurur: "Qəzəb və şəhvətinə məğlub olan şəxs dördayaqlılar (heyvanlar) sırasındadır.”



Hədis 289: Həzrət Əli (ə) buyurur: "Qardaşına quyu qazanın özünü Allah o quyuya salar.”



Hədis 290: Həzrət Əli (ə) buyurur: "Xalqın eybi dalınca gəzən adamın eybini Allah açar.”



Hədis 291: Həzrət Əli (ə) buyurur: "Başqalarının sirrini açan kəsin sirrini Allah açar.”



Hədis 292: Həzrət Əli (ə) buyurur: "Axirət işlərini qaydaya salanın dünya işlərini Allah qaydaya salar.”



Hədis 293: Həzrət Əli (ə) buyurur: "Allahın qəzavü-qədərinə imanı olan kəs başına gələnlərə əhəmiyyət verməz.”



Hədis 294: Həzrət Əli (ə) buyurur: "Özünü islah etməyən kəs başqasını islah edə bilməz.”



Hədis 295: Həzrət Əli (ə) buyurur: "Başqasını nəsihət etməyə o kəs layiqdir ki, özünü nəsihət edir.”



Hədis 296: Həzrət Əli (ə) buyurur: "Bütün qüvvəsini dünyaya sərf edən kəsin qiyamət günü ağrı və qüssəsi çox olar.”



Hədis 297: Həzrət Əli (ə) buyurur: "Üzr istəyən halda cəza vermək necə də pisdir!”



Hədis 298: Həzrət Əli (ə) buyurur: "Aşkarda görülməsi ayıb olan işi gizlində də görmə.”



Hədis 299: Həzrət Əli (ə) buyurur: "Çox pisdir ki,insanın zahiri gözəl, batini isə nöqsanlı olsun.”



Hədis 300: Həzrət Əli (ə) buyurur: "Xalqın bir-biri ilə xoş keçinməsi ən üstün əməllərdəndir.”скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!