Məsumların nurlu kəlamlarından 500 hədis (341-360)

Məsumların nurlu kəlamlarından 500 hədis (341-360)
Qadın və Din
10.09.2017 14
Bismillahir Rəhmanir Rəhim...

Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).

Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...

Hədis 341: Həzrət Əli (ə) buyurur: "Çox yeməklə sağlamlıq bir araya sığmaz.”



Hədis 342: Həzrət Əli (ə) buyurur: "Söyüş söyən adam kimi həyasız yoxdur.”



Hədis 343: Həzrət Əli (ə) buyurur: "Günahdan pakolmaq kimi mürüvvət (kişilik) yoxdur.”



Hədis 344: Həzrət Əli (ə) buyurur: "Din qardaşı ac olan haldamö`min tox olmaz.”



Hədis 345: Həzrət Əli (ə) buyurur: "Ağıllı insan məşvərət etməkdən boyun qaçırmaz.”



Hədis 346: Həzrət Əli (ə) buyurur: "Fəqirə mane olub, ona bir şey verməyən varlının günahı bütün günahlardan böyükdür.”



Hədis 347: Həzrət Əli (ə) buyurur: "O şəxsə təəccüb edirəm ki, yaxşı bir sifətə görə tə`rifləndikdə sevinir, halbuki, bu sifətə malik olmadığını bilir.”



Hədis 348: Həzrət Əli (ə) buyurur: "O şəxsə təəccüb edirəm ki, ona pis xasiyyəti haqqında deyiləndə qəzəblənir, halbuki, bu sifətə malik olduğunu bilir.”



Hədis 349: Həzrət Əli (ə) buyurur: "Qəlbin günah fikirdən uzaq qalmaq orucu, qarının aclıq orucundan üstündür.”



Hədis 350: Həzrət Əli (ə) buyurur: "Sağlamlıq pəhrizdəndir.”



Hədis 351: Həzrət Əli (ə) buyurur: "Bir işə başlamazdan öncə məsləhət et, addım atmazdan qabaq düşün.”



Hədis 352: Həzrət Əli (ə) buyurur: "Büdrəmə və peşmanlıqdan amanda qalmaq üçün ağıl sahibləri ilə məsləhətləş.”



Hədis 353: Həzrət Əli (ə) buyurur: "Xeyirxahların ən pisi etdiyi yaxşılığa görə minnət qoyan kəsdir.”



Hədis 354: Həzrət Əli (ə) buyurur: "Xalqın ən pisi başqalarında eyb axtarıb öz eybini görməyən kəsdir.”



Hədis 355: Həzrət Əli (ə) buyurur: "Xalqın ən pisi başqalarının səhvini bağışlamayan və eyblərini örtməyən kəsdir.”



Hədis 356: İmam Baqir (ə) buyurur: "Başqalarının haqqında öz haqqınızda deyilməsini xoşladığınız sözləri danışın.”



Hədis 357: Həzrət Əli (ə) buyurur: "Allaha itaət haqqında düşünmək səni əmələ sövq edər.”



Hədis 358: Həzrət Əli (ə) buyurur: "Qeybəti dinləyən şəxs qeybət edənlə şərikdir.”



Hədis 359: Həzrət Əli (ə) buyurur: "Bir saatlıq zəlalət bir ömrün izzətindən ağırdır.”



Hədis 360: Həzrət Əli (ə) buyurur: "Böyüklərdən daha uzaq görən kiçiklər çoxdur.”скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!