Məsumların nurlu kəlamlarından 500 hədis (361-380)

Məsumların nurlu kəlamlarından 500 hədis (361-380)
Qadın və Din
10.09.2017 29
Bismillahir Rəhmanir Rəhim...

Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).

Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...

Hədis 361: Həzrət Əli (ə) buyurur: "Dini olmayan zahidlər çoxdur.”



Hədis 362: Həzrət Əli (ə) buyurur: "Göz korluğu bəsirət korluğundan yaxşıdır.”



Hədis 363: Həzrət Əli (ə) buyurur: "İşin savabı ona çəkilən əziyyət qədərdir.”



Hədis 364: Həzrət Əli (ə) buyurur: "İşi sonraya saxlamaq tənbəllik əlamətidir.”



Hədis 365: Həzrət Əli (ə) buyurur: "Gəncliyindən qocalmamış, sağlamlığındanda xəstələnməmiş istifadə et.”



Hədis 366: Həzrət Əli (ə) buyurur: "Allah qorxusundan ağlamaqla günahlar yuyular.”



Hədis 367: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "İbadətlərin ən fəzilətlisi dini anlamaqdır.”



Hədis 368: Həzrət Əli (ə) buyurur: "Əfv etmək vasitəsilə rəhmət nazil olar.”



Hədis 369: Həzrət Əli (ə) buyurur: "Xoş xasiyyət ruzini artırır.”



Hədis 370: Həzrət Əli (ə) buyurur: "Dua vasitəsi ilə bəla aradan qalxar.”



Hədis 371: Həzrət Əli (ə) buyurur: "İzzət istəyirsənsə, onu Allaha itaətdə axtar.”



Hədis 372: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Var-dövlətinə yox, ömrünə xəsis ol.”



Hədis 373: Həzrət Əli (ə) buyurur: "İşə başlamazdan qabaq məsləhət et.”



Hədis 374: Həzrət Əli (ə) buyurur: "Dalaşanda barışığa yer qoy.”



Hədis 375: Həzrət Əli (ə) buyurur: "Şərəf var-dövlət və əsil-nəsəbdə yox, ağıl və ədəbdədir.”



Hədis 376: Həzrət Əli (ə) buyurur: "Həqiqətən, insanların dünya və axirətdə ağaları səxavətli insanlardır.”



Hədis 377: Həzrət Əli (ə) buyurur: "Dünya elə bir tələdir ki, oraya onu tanımayanlar düşər.”



Hədis 378: Həzrət Əli (ə) buyurur: "Uzaq görənlik odur ki, Allaha itaət, nəfsə qarşı isə itaətsizlik edilsin.”



Hədis 379: Həzrət Əli (ə) buyurur: "Həqiqətən, sən axirət üçün yaradılmısan, onun üçün də çalış.”



Hədis 380: Həzrət Əli (ə) buyurur: "Həqiqətən, dünyadan üz döndərsən, dünya sənə üz tutacaqdır.”скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!