Məsumların nurlu kəlamlarından 500 hədis (381-400)

Məsumların nurlu kəlamlarından 500 hədis (381-400)
Qadın və Din
10.09.2017 35
Bismillahir Rəhmanir Rəhim...

Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).

Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...

Hədis 381: Həzrət Əli (ə) buyurur: "Həqiqətən, dünyaya üz tutsan, o səndən üz döndərəcək.”



Hədis 382: Həzrət Əli (ə) buyurur: "Həqiqətən, sənin düşüncən bütün işləri əhatə etmək gücündə deyildir, beləisə, onu mühüm işlər üçün saxla.”



Hədis 383: Həzrət Əli (ə) buyurur: "Həqiqətən, bu gün hesab yox, əməl, sabah isə əməl yox, hesab günüdür.”



Hədis 384: Həzrət Əli (ə) buyurur: "Həqiqətən, ən fəzilətli cihad insanın öz nəfsi ilə olan cihadıdır.”



Hədis 385: Həzrət Əli (ə) buyurur: "Mö`min üçün ən qiymətli hədiyyə ölümdür.”



Hədis 386: Həzrət Əli (ə) buyurur: "Yaxşılıqların ən yaxşısı bizimlə (Əhli-beyt ilə) dostluq, günahların ən pisi isə bizimlə düşmənçilikdir.”



Hədis 387: Həzrət Əli (ə) buyurur: "Allahı ən yaxşı tanıyan kəs Ondan daha çox istəyəndir.”



Hədis 388: Həzrət Əli (ə) buyurur: "İnsanların ən ağıllısı öz eybini görüb, başqalarının eybinə kor olan kəsdir.”



Hədis 389: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Xoş o kəsin halına ki, müsəlmandır və dolanışığı ehtiyacı qədərdir.”



Hədis 390: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Bir-birinizlə rastlaşanda salam və əl verməklə görüşün. Bir-birinizdən bağışlanma istəyi ilə ayrılın.”



Hədis 391: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Qohumların əlaqəni kəssə də, sən əlaqəni kəsmə.”



Hədis 392: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Qeybət insanın imanına cüzamın bədənə göstərdiyindən daha tez tə`sir göstərər.”



Hədis 393: Həzrət Əli (ə) buyurur: "Dua mö`minin qalxanıdır. Hansı qapını çox döyürsənsə, üzünə açılar.”



Hədis 394: İmam Zeynəlabidin (ə) buyurur: "Bütün xeyirləri, xalqın əlində olana göz dikməməkdə gördüm.”



Hədis 395: İmam Baqir (ə) buyurur: "Allahın verdiyi ruziyə qənaət edən kəs ən ehtiyacsız adamdır.”



Hədis 396: İmam Baqir (ə) buyurur: "Mö`min mö`minin yetmiş böyük günahını örtməyə borcludur.”



Hədis 397: Həzrət Əli (ə) buyurur: "Hər kəs nəfsində cürbəcür yeməklər sevgisi əksə, cürbəcür xəstəliklər meyvəsi dərəcəkdir.”



Hədis 398: İmam Baqir (ə) buyurur: "And olsun Allahaki, O, Öz dərgahına israrla əl açanların istəyini verər.”



Hədis 399: İmam Sadiq (ə) buyurur: "Yanına gəlmiş mö`min qardaşını əziz tutub, hörmət edən kəs Allahı əziz tutmuşdur.”



Hədis 400: İmam Sadiq (ə) buyurur: "Mənim üçün iki nəfəri barışdırmaq iki qızıl sikkə sədəqə verməkdən daha üstündür.”скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!