Yatarkən hansı duanın oxunması məsləhətdir?

Yatarkən hansı duanın oxunması məsləhətdir?
Qadın və Din
10.09.2017 53
Yatmazdan əvvəl dəstəmaz almaq müstəhəbdir. Hədislərdə deyilir ki, kim
yatmazdan əvvəl İxlas (Qül hüvəllah) surəsini oxusa, Allah min mələyi
təhkim edər ki, həmin gecə onu qorusunlar. Yatmazdan əvvəl Kafirun,
Fələq və Nas surələrini oxumaq, ayətül-kürsini söyləmək, çoxlu istiğfar
etmək, kəlmeyi-şəhadəti demək, xüsusilə, "la ilahə illəllah” cümləsini
çoxlu təkrar etmək savabdır. Peyğəmbər bu duanı yatmazdan əvvəl oxumağı
İmam Əliyə (ə) tövsiyə etmişdi: "Sübhan Allahi vəl-həmdü lillahi və la
ilahə illəllahü vəllahü əkbər. Və la hövlə və la qüvvətə illa
billahil-əliyyil-əzim” (Tərcüməsi: "Allah hər nöqsandan uzaqdır,
aləmlərin rəbbi olan Allaha həmd olsun, Allahdan başqa tanrı yoxdur,
Allah hər şeydən qüdrətlidir. Güc və qüdrət yalnız uca və əzəmətli
Allaha məxsusdur”). Peyğəmbər yatağına uzananda bu duanı oxuyardı:

"Bismikə allahümmə əmutü və əhya” (Allahım, Sənin adınla ölür və dirilirəm).скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!